Gihon TV
Yalan yazan tarix utansın!

Xalid ibn Vəlid


Rəsulullah (s.ə.v.) tərəfindən "Allahın qılıncı" (Seyfullah) ləqəbi verilən ərəb komandir Xalid ibn Vəlid
 
Müsəlmanlığı qəbul etməmişdən əvvəl müsəlmanlara qan udduran bir döyüşcü-komandir olmuşdur. Uhud müharibəsində müsəlmanların məğlubiyyətində önəmli rol oynamışdı. Xübeydiyyə müqaviləsidən sonra müsəlman olan Xalid ibn Vəlid qılıncını Hz. Muhəmmədin (s.ə.v.) xidməti üçün qaldırmışdı və həyatının sonuna qədər İslam adı uğrunda döyüşmüşdür. İştirak etdiyi yüzdən çox müharibədə bir dəfə də olsun məğlub olmamışdır. Bu şərəfli adla (məğlubedilməz komandir) tarixin ən böyük komandirlərin biri olaraq yada salınır.
 
Xalid ibn Vəlid 592-ci ildə Məkkədə doğulub. Ölümcül çiçək xəstəliyinə tutulsa da, uşaq yaşlarında təmiz çöl havasında böyüdüyü üçün xəstəlikdən geriyə biraz iz qalmışdı. Məxsus olduğu qəbilənin müharibə meyilli olması səbəbilə gənc yaşlarından hərbi təhsil almağa başladı. Qısa müddətdə bütün ərəb diyarındakı ən yaxşı sərkələrdən biri oldu. Yaxın döyüş silahlarından başqa həm də çox yaxşı süvari idi. Mizraq, nizə, qılınc və ox arasında ən yaxşı istifadə etdiyi silahının nizə olduğu deyilirdi.
 
Atası Peyğəmbərin ən böyük əlehdarlarından biri idi. Bədr döyüşündə iştirak etməsə də, qardaşı əsir düşmüşdü. Buna görə müsəlmanlara kini daha da artdı və növbəti Uhud döyüşünün taleyini dəyişən ad oldu. Daha sonra məşhurlaşacaq sürətli süvari dəstələrini ilk dəfə bu döyüşdə istifadə etmişdir. 

 
 
Müsəlmanlara qarşı son dəfə Xəndək Müharibəsində döyüşmüşdür. Lakin bu döyüş nəticəsiz bitmişdi.
 
Xalid ibn Vəlid 628-ci ildə Xubeydiyyə müqaviləsindən sonra 31 may 629-cu ildə Mədinəyə gəldi və burada İslamı qəbul etdi. Müqavilədən az sonra Mutah döyüşündə Xalid ibn Vəlid İslam orduları arasındakı yerini müəyyən etdi.
 
Müsəlmanlara rumlular arasında olan ilk ciddi Mutah döyüşü 629-cu ildə oldu. Bizans imperatorunun əmri ilə Rəsulullahı öldürmək üçün yığılan 3000 nəfərlik ordu ilə döyüş başladı, lakin ilk əvvəllər müsəlmanlar üçün heç də yaxşı olmadı. Ard-arda komandirlərini itirən müsəlmanlar komandirsiz qalmışdılar. Əsgərlərin istəyi ilə komandirliyi ələ keçirən Xalid ibn Vəlid ordunun cinahlarını ön-arxa, sağ-sol olaraq dəyişdirərək eyni düşmən əsgərlərinin qarşısına fərqli əsgərlərini çıxardı və düşməni çaşdırdı. Ümidsiz bir döyüşün gedişini dəyişdirən ibn Vəlid əsgərləri nizamlı şəkildə geri çəkməyi bacardı. Hərbi nizam dağılmadan geri çəkilməyə başlayan Xalid ibn Vəlid, deyilənə görə, həmin döyüşdə doqquz qılınc parçalamışdı. Bu uğurlu döyüşdən sonra Hz. Muhəmməd tərəfindən "Allahın qılıncı" (Seyfullah) adı verildi.
 
Hz. Muhəmmədin vəfatından sonra Əbu Bəkrin hərbi birləşmələrinin komandiri oldu. Bununla yanaşı, xəlifənin şəxsi məsləhətçisi idi. Üsyançılar, saxta peyğəmbərlər, qəbilə mübarizələri kimi daxili problemlərlə maraqlanan ibn Vəlid 633-cü ildə 18.000 könüllüdən ibarət bir ordunun başçısı idi. Bu ordu ilə Fars imperiyasına qarşı döyüşdü. Qısa müddətdə üç qələbə qazandı və farsların istəyilə sülh müqaviləsi imzaladı. Bununla Mesopotomiya bölgəsinin hakimiyyətini ələ keçirdi. Farsların paytaxtına irəliləyəcəyi vaxt Əbu Bəkr tərəfindən geri çağırıldı və Roma cəbhəsinə yönləndirildi. Bizans cəbhəsində də böyüş qələbələr əldə edən Xalid ibn Vəlid Əbu Bəkrin vəfatından sonra II xəlifə olan Ömərin ordusunun da komandiri olmuşdu. Yərmuk, Qüds və Şimali Suriyanı ələ keçirərək Ermənistan və Anadoluya uğurlu səfərlər etmişdi.
 
Ömərin xəlifəliyi dövründə Anadoluya səfərləri zamanı Maraşı ələ keçirmiş və fars döyüşçüsü olan Ashas ilə tanış olmuşdu. İbn Vəlidi təqdir edən bir şair bu xidməti qarşılığında 10.000 dirhəmlik mükafat almışdı. Mükafatın dövlət büdcəsindən ödənildiyi şübhəsilə xəlifə Ömər tərəfindən yollanan məktubla barəsində Deyilənə görə istintaq başlanıldı. Pulu öz cibindən verdiyini bildirsə də, vəzifəsindən alındı. Bu səbəbdən Mədinəyə gələn ibn Vəlid Xəlifə Ömərlə görüşdü. Görüşün bir nəticəyə gəlməməsi ilə vəzifəsindən çıxmaq məcburiyyətində oldu.
 
Daha sonra 4 il Emesada yaşayan ibn Vəlid 642-ci ildə vəfat etdi. Məzarı Xalid ibn əl-Vəlid Məscidindədir.
 
Ölmədən öncə son sözləri:
 
"Çox müharibədə iştirak etdim. Həmişə şəhid olmağı arzuladım. Bədənimdə xəncər, mizraq və qılıncdan yara almamış bir yerim yoxdu. Amma yenə də müharibə meydanında yox, yaşlı dəvə kimi yatağımda ölürəm."
 
Şəhid olmadığı və yatağında öldüyü üçün son vaxtlarını böyük kədər içərisində keçirmişdi.
 
Xalid ibn Vəlid yüzdən çox döyüşə girmiş və komandir olduğu heç bir döyüşü məğlub olmamışdır. Hərbi kariyerası bu qədər uzun olmasına baxmayaraq, heç bir məğlubiyyət almayan tarixin çox nadir komandirlərindən biridir. At və dəvələrdən ibarət sürətli dəstələrlə, zirehsiz süvarilərin sürəti ilə qarşısında dayana biləcək bir ordu saxlamamışdır. Yetişdirdiyi seçmə əsgərləri sayəsində düşmənin rütbəli sərkərdələrini, komandir və nüfuzlu əsgərlərini aradan qaldıraraq, inanılmaz psixoloji üstünlük əldə etmişdi.
 
Hz. Muhəmməd (s.ə.v.): "Xalid Allahın qılıncıdır" deyə buyurmuşdur.
 
"Xalid bin Vəlidə gələndə isə, o hər şeyini sizin üçün verib, nəyi var, nəyi yox həmişə döyüşlərdə Allah yolunda sərf etmişdir." (Əbu Davud, Sünən, I-163)
 
Xalid ibn Vəlidin məşhur sözü: Mən Muhəmmədə qarşı hər döyüşdə iştirak etdim. Hər döyüş yerlərindən qayıdarkən düşünürdüm. Bu adam, yəqin ki, Allah tərəfindən qorunur."




This website was created for free with Own-Free-Website.com. Would you also like to have your own website?
Sign up for free