Gihon TV
Yalan yazan tarix utansın!

Üzüklərin Əfəndisi [analiz]



Bu yazımızda ingilis ədəbiyyatının professoru John Ronald Reuel Tolkien tərəfindən 1954-cü ildə satışa qoyulan "Üzüklərin Hökmdarı Nağılı"nı və içərisindəki "şeytani surətləri" analiz edəcəyik. Yarım əsr əvvəl Tolkien'ə yazdırılmış nağıldakı anlayışları qruplaşdırdıqda, Allaha, mələklərə, Hz. Süleymana atılan şər, həmçinin Hz. Süleymanın möhürü-üzüyü, Dəccal, Yəcüc və Məcüc, qiyamət müharibəsi, cadugərlik, cin, şeytanlar, qaranlıqla işığın mübarizəsi kimi anlayışlara rast gəlirik.


Kitabın Təsiri


1954-cü ildə satışa çıxarıldıqdan etibarən təkcə İngiltərədə 1968-ci ilə qədər 38 dəfə çap olunmuşdu. Bu da onu göstərir ki, kitabdakı "şeytani anlayışlar"a olan maraq o illərdən etibarən yüksək idi. Bu günə qədər 40 dilə tərcümə edilən kitabın 100 milyon nəfər tərəfindən oxunulduğu proqnozlaşdırılır. 60-cı illərdə kitab tələbələrə elə təsir etmişdi ki, tələbə düşərgələrində "Frodo yaşayır", "Prezident namizədimiz Gandalf" kimi sancaqlardan istifadə olunurdu. Məşhur rok ifaçısı Sting öz adını Frodonun qılıncından, məşhur musiqi qrupu olan Shadowfax adını Gandalfın atından almışdır.


Müəllif : John Ronald Reuel Tolkien


tolkieno.jpg

John Ronald Reuel Tolkien: İblisin elçisi?


Oxfordda ədəbiyyat professoru olan Tolkien "Silmarillion", "Üzüklərin Hökmdarı" və "Hobbit" kimi bir çox kitabın müəllifidir. Bəs bu kitabları o yazıb, yoxsa ona yazdırılıb? 
 
"Silmarillion" əsəri haqqında Tolkienin dedikləri:

- Həyatımda "Silmarillion" kitabında bəhs etdiyim hekayəni düşünmədiyim bir anım yoxdur. Mən sadəcə qırmızı kitabı tərcümə etdim.

Bəs Tolkieni düşündürən kimdir? Bu anlayışları, qarışıq hadisələri və antik dövrə aid məlumatları Tolkien hardan bilir? Yaradılış və sonrasındakı tarixə dair bir çox həqiqətləri bilməsini təmin edən və bunları müəyyən şəkildə Tolkienə ötürən kimdir?


Şeytanlar kimə vəhy edir?

Allahu Təala bəşəriyyətə son vəhyi olan Quranda xəbərdarlıq edir: 
 
"Beləcə, biz hər peyğəmbər üçün insan və cin şeytanlarından düşmənlər yaratdıq. Onlar (biri digərini) aldatmaq məqsədilə bir-birinə təmtəraqlı (zahirən gözək, daxilən çirkin) sözlər təlqin etdilər. Əgər Rəbbin istəsəydi, onlar bunu etməzdilər. Onları uydurduqları yalanlarla birlikdə boşla getsinlər!" Ənam [6:112] 

"Üstündə Allahın adı çəkilməmiş heyvanların ətindən yeməyin. Bu, şübhəsiz ki, günahdır. Həqiqətən, şeytanlar öz dostlarına sizinlə mücadilə etmək üçün (çirkin fikirlər və yaramaz əqidələr) təlqin edirlər. Əgər onlara itaət etsəniz, şübhəsiz ki, siz də müşrik olarsınız." Ənam [6:121] 

"Ey müşriklər! Şeytanların kimə nazil olduqlarını sizə xəbər verimmi? Onlar hər bir yalançıya, günahkara nazil olarlar. (Şeytanlar mələklərdən oğrun-oğrun) eşitdikləri (adda-budda) sözləri onlara təlqin edərlər. (Yaxud kahinlər şeytanların uydurmalarına qulaq asarlar). Onların əksəriyyəti yalançıdır!" Şuəra [26:221-223] 

"Silmarillion" kitabında Tolkienin bilməsi mümkün olmayan "qədim həqiqətlər"in verilməsi və yalanlarla bəzənməsi ortaya çıxmışdır. Qədim dövrlərdə baş vermiş hadisələri bilən İblisdir. Bu kitablar "şeytani dil"də yazılarıb və anlayışları tərs üzə çevrilib. Xeyir və Şər mübarizəsində şər tərəf olan İblis bu filmdə şər bir neçə şifrə və insanları çaşdıracaq tələlər qurmuşdur. Şüursuz və məlumatsız oxucunun və tamaşıçının bu tələləri başa düşməsi mümkün deyil. Bu yazımızda film və kitablardakı şeytani planları ifşa edəcəyik.


Rejissor və filmləri

Üç kitabdan ibarət olan bu nağıl müqəddəs hekayə kimi göstəriləcək birəbir uyğunluqla məşhur rejissor Peter Jackson tərəfindən 2001, 2002 və 2003-cü illərdə 285 milyon dollarlıq büdcə ilə 8 il davam edən işdən sonra üç müxtəlif film halında tamaşıçıya təqdim olunmuşdur. Film 11 naminasiyada Oskar mükafatı aldı. Dünya kino teatrlarında 500 milyon nəfər tərəfindən izlənilib. Rejissor Peter Jackson, eyni zamanda, "Sevimli Kabuslar", Ufolardan bəhs edən "IX bölgə" ilə 2011 və 2012-ci illərdə nümayişə çıxan "Hobbit 1" və "Hobbit 2" filmlərinin müəllifi və rejissorudur.

İblisin əsas üsulu olan həqiqətləri tərs üzə çevirmək və dəbdəbəli xəyallar qurmaq kimi fəaliyyətləri bu filmdə uğula işlənilmişdir. Filmdə bəhsi keçən bir neçə əfsanəvi qəhrəman, surət və simvollardan, İblisin qədim planına uyğun halda dizayn edilərək tamaşaçıya inandırmağa çalışılmışdır.

Bu analizimizdə filmdəki şifrəli mesajları ifşa edəcəyik. Həmin mesajların həqiqi mənalarını və rəylərimizi bildirəcəyik. Əvvəlcə bunun üçün "Üzüklərin Əfəndisi" əsərinin başlanğıcından bəhs edən "Silmarillion" adlı kitaba nəzər salaq.


Filmin əsası üzük davasıdır. Bu üzük, əslində, Hz. Süleymanın üzüyüdür. Lakin başa düşülməsin deyə dəyişdirilib. Hz. Süleymanın üzüyü "Davud ulduzlu Möhür"dür.


"Üzüklərin Əfəndisi" filminin girişi: "Silmarillion" kitabı

"Silmarillion" çox güman ki, İblis tərəfindən Tolkienə fısıldanaraq yazdırılan və ölümündən sonra oğlu tərəfindən əl yazmaları toplanaraq çap olunan kitabdır. Bu kitab "Üzüklərin Əfəndisi" hekayəsinin çox əvvəllərinə gedərək mələklərin və kainatın yaradılması ilə başlayır. İblisin Allaha olan üsyanı, Dünyaya sürgün edilməsi ilə davam edən müddət və cinlərin Dünyadakı tarixi yalan və çaşdırıcı məqamlarla bəzədilib. "Silmarillion" sözü kitabda "elflərin" (cinlər) atası "Feanor" tərəfindən tozağacından düzəldilən və sonradan "Sauron" adlı bir mələk tərəfindən oğurlanan 3 üzüyə verilən addır.

Kitabın əsas hissələrinə aşağıdakı qısaltma ilə nəzər yetirək. İblis tərəfindən alt-üst edilən anlayışlarla dolu olan bu hekayənin nə məna daşıdığını başa düşmək üçün gizli şifrələri mötərizədən istifadə edərək öz rəyimizlə verəcəyik. Yəni mötərizədə yazılanlar bizim düzəlişimizdir və orjinal kitabda yoxdur.

"Silmarillion"dan qısaltma:

"Əvvəlcə Eru (Allah, Tanrı) var idi. Tək olan (Tanrı) Ardada (Ərşdə, Dünyada) İlluvutar (Allah,Tanrı) deyə adlandırılırdı. Əvvəlvə düşüncəsindən Ainuru (Baş mələklər), yəni müqəddəs olanları yaratdı və onlar heç bir şey yaradılmadan əvvəl onunla idilər. Sonra Ainur (Baş mələklər) ilə birlikdə Böyük Musiqini yaratdılar. Ardınca Ainura (Baş mələyə) musiqidəki kainatı inşa etməyi əmr etmişdi. Lakin musiqinin normal seyrindən ayrı düşən Melkor (İblis) İlluvatarın (Tanrının) istədiyi kainatın inşası zamanı etdiyi üsyan kimi üsyan etmişdi və yanına daha az güclü başqa varlıqları (cinləri) toplamışdı..."

 
"İlluvatarın (Tanrının) düşüncəsində Manwe (Mikail) Melkorun (İblisin) qardaşı idi... Manwe (Mikail) Melkora (İblisə) dedi: "Bu krallığı ədalətsizlik edərək özünə saxlamamalısan. Çünki başqaları da burada səndən az işləməyib. Manwe (Mikail) və Melkor (İblis) İlluvatarın (Tanrının) düşüncəsində qardaş idilər. Dünyaya girən Ainur (Baş mələklər) arasında ən güclüsü başlanğıcda Melkor (İblis) idi. Lakin Manwe (Mikail) İlluvatarın (Tanrının) ən çox sevdiyi idi. Onun istəklərini ən açıq şəkildə başa düşən idi. Ainurun (Baş mələklərin) ən köklüsü olan Manwe (Mikail) ən çox havanı və küləyi düşünmüşdü."




Orta Dünya: Xəyali yer olsa da, Hz. Süleymanın hakimiyyəti altında mərkəzi Qüds olan Yaxın Şərqdir.

"Valarla (Ainur - Baş mələklər) birlikdə varlıqları Dünyanın yaradılmasından əvvəl var olan "başqa ruhlar" da Dünyaya girdi. Onlar Maiar (mələklər) idi. Vaların (Ainur - Baş mələklərin) xalqı, onların xidmətçiləri və köməkçiləri.

Melkorun (İblisin) xidmətindəki ən pis və ən məşhur Maia (mələk) isə Sauron idi. Pislikdə təxmini Melkora (İblisə) bərabər idy. Melkorun (İblisin) bütün planlarında Sauronun (mələk) bir payı var idi. Əvvəllər Dəmirçi Aulenin Maiası (mələyi) olan Sauron sonradan tərəfləri dəyişdirib Melkorun (İblisin) yanına keçdi. Birinci dövrün sonunda Melkor (İblis) Valar (Baş mələklər) tərəfindən başlanan Qəzəb Müharibəsində (Allahın Qəzəbi) məğlub edildi. Boşluğa (Cənnətdən xaricə) atılanda Sauron (mələk) Orta Dünyanın (Yaxın Şərqin) şərqinə (Babilə) qaçdı və sonrakı dövrlərdə pisliklərin mənbəyi Qara Hökmdar olaraq bütün dünyaya qorxu saçdı."

Əvvəlcə mifoloji bir hekayə kimi görünsə də, çoxları tərəfindən nə mənaya gəldiyi başa düşülməyən anlayışlarla dolu olan bu kitabda İblis Tolkienə Allahın yaratması ilə başlayan hadisələrə, Allaha qarşı olan üsyanına, Valar və digər mələklələ bağlı hadisələrə dəyişiklik edərək fısıldamışdır.


Kitabdakı Anlayışların İfşası

Qarışıq görünən bu hekayənin normal oxucu tərəfindən başa düşülməsi çətin olduğu üçün biz burada əsas surətləri və həqiqi mənalarını göstərəcəyik:

İlluvatar (Eru): Tək olan və hər şeyi yaradan Tanrı, Allah
Ainur (Valar): İlk yaradılan dörd müqəddəs ruh, baş mələklər (Cəbra-el, Mika-el, Azra-el, İsraf-el)
Melkor: Cinlərin başçısıdır. Allaha köləlik, bağlılıq və ibadət səbəbə görə Allah onu mələk ölçüsünə çıxartdı. Baş mələklərlə birlikdə oldu. Əvvəlca adı Aziz-el (Elin Əzizi, Allahın şərəflisi) idi. Aziz-el Dünyaya gəlib kafir cinlərlə mübarizə apardı. Yanında mələklərdən köməkçilər var idi. Sauron da yəqin ki, bu köməkçi mələklərdən biri idi. Aziz-el uğurlarına və etdiklərinə görə qürurlandı. Adəmin özünə bağlı olmasını gözləyirdi. Qürur yanılğısı yaşadı və Adəmə səcdə etməkdən imtina etdi. Beləliklə, Allahın birəbir əmrinə qarşı çıxdı və qovuldu. Həm mələk ölçüsündən salındı, həm də Allahın lənəti ilə bütün gözəlliyini və etibarını itirdi. Qiyamətə qədər ona vaxt verildi. O gündən bəri Adəmoğlunu aldatmaq üçün bütün hirsini və qürurunu işə salır və aldatmaqla məşğuldur. Bu gün ən çox işlənən adı: Şeytan, Satan, Lucifer və İblisdir. Bu adların birini digərindən ayrı sayanlar, fərqlərinin olduğunu düşünənlər də var.
Manwe: İblisin əhvəlatından başa düşülür ki, Baş mələklərdən biri olan Mika-eldir. İblisdən (Aziz-eldən) başqa bütün Baş mələklər arasında qardaşlıq vardır. Görünür, onun Mika-elə yaxınlığı da çoxdur. Lakin Allaha qarşı hörmətsizlik edənə heç bir mələk və ya insan yaxın durmaz. İblis Baş Mələk Mika-elin dostu olduğunu deyir və insanları aldadır. Archangel Michael (Baş Mələk Mikail) olaraq Dünyada fəaliyyət göstərir və insanları "şeytani manipulyasiya" ilə idarə edir.
Maia: Vaların (Baş mələklərin) köməkçisi olan bir mələk.
Maiar: Baş Mələklərdən sonra gələn köməkçi mələklər. Mələklər arasında konkret "ölçü iyerarxiyası" var. İblis bu iyerarxiyanı yamsılayır. Özünə bağlı olan şeytan ordusunu "spirtuel iyerarxiya" kimi adlandırır. Hər cəhətdən Allahın sistemlərini təqlid edir.
Sauron: Özü bir Maiadır, yəni mələkdir. Kitabdakı İblisin dedikləri düzdürsə, İblis Aziz-el olanda Dünyada müsəlman olmayan cinlərlə döyüşdə onun köməkçisi olan mələklərdən biri Sauron idi.İblis özü ilə birlikdə başqa mələklərin də qovulduğu yalanını, tarix boyunca bir çoxlarının qulağına fısıldamışdır. Sauronun da bunlardan biri olduğunu, "pisliklərin hökmdarı" olaraq Dünyada qaldığını uydurur. Pisliyin və qaranlığın hökmdarı, əslində, özü olsa da özünü işıq gətirici (Lucifer) adlandırır. Quran açıq şəkildə İblisdən başqa bütün mələklərin Adəm səcdə etdiyini və Allaha itaət etdiyini bizə bildirir. Ancaq cinlərdən Allahın köləsi olmaq əvəzinə Aziz-elin köləsi olan bəzi "qürurlular" onunla birlikdə üsyan etdilər və İblisin əsgərləri oldular.
Elflər: Mənası cin olan bu anlayışda cin və şeytanların nəzərdə tutulduğu çox açıqdır. Lakin elflər həm gözəl, həm də insanlardan daha güclü olaraq filmdə göstərilir. Bu həqiqətdən uzaqdır, yalandır. İnsanlar o qədər gözəl yaradılıb ki, onlar insanların paxıllığını çəkirlər. Eyni zamanda, insanlar onlardan daha güclüdür. Quran bu həqiqət barədə bizi məlumatlandırır.
Ea: Kainat
Arda: Dünya


Filmin xülasəsi:



Frodo Baggins: Hobbit

Film doqquz müxtəlif irqdən ibarət olan Orta Dünyada xeyir və şər qüvvələri arasındakı mübarizədən bəhs edir. Surətlər xeyir və şər olmaqla iki qrupa ayrılır. Şər mövqeyində olanlar:

Sauron: Üzüyün gücünü əlində tutan və Orta Dünyanın azad xalqını kölələşdirmək istəyir. Gücünü toplatıb üzüyü ələ keçirməyə çalışır.
Saruman: Əvvəllər müdriklər şurasının başçısı olsa da, sonradan şeytani qüvvələrə boyun əyib onunla əlbir olmuşdu.
Gollum: Əvvəllər Orta Dünyanın normal irqi olan Hobbit irqinin nümayəndəsi idi. Gollum üzüyü təsadüfən bir gölün qırağından tapır və yüz illərlə qaranlıq mağarada heç kimə demədən gizlədir. Bu müddətdə üzüyün təsiri azalıb çirklənir.
Orklar: Sarumanın əmrində olan Orta Dünyanın ən çirkin, ən pis, ən vəhşi və ən qorxulu irqi. Əvvəllər elf olan, daha sonra Saurona xidmət etməyə başladıqdan sonra bu hala düşmüşlər.
Sarumanın quşları: Saruman üçün Orta Dünyada uçan və ona məlumatlar çatdıran quşlar.

Xeyir mövqeyində olanlar:
Aragorn: Cəsur, sərt və uzun illər sürgündə qalan, təbiətdə vaxt keçirən şəxs. Eyni zamanda, Gondor Krallığının tək varisidir.
Frodo: Üzüyü məhv etmək vəzifəsi olan hobbit (irq). Böyük fədakarlıq edərək üzüyü "Hökm Dağı"na qədər daşımağı və məhv etməyi qəbul edir.
Gandalf: Üzüyün məhv edilmə planını quran və onlara bələdçilik edən cadugər



Gollum: Həqiqətdə Hz. Süleymanın üzüyünü oğurlayan cin, şeytandır.

Xeyir qüvvələrinə, eyni zamanda Elf Kralları, cırtdanlar, hobbitlər, insanlar və danışa bilən ağaclar (entlər) də daxildir.

Üzüyün tarixi isə belədir: üzük Saruman tərəfindən minlərlə il əvvəl "Hökm Dağı"nda hazırlanmışdır. Əvvəlcə elflərə, cırtdanlara və insanlara verilən bu üzük digər üzüklərə hökm etmə gücündədir. Məhv edilməsi mümkün olan tək yer isə hazırlandığı və Sauronun hökmü altında olan Mondor diyarındakı "Hökm Dağı"dır.

Sauron insanlara qarşı döyüşlərin birində bu üzükdən istifadə etmiş, lakin insanların kralı Aragornun əscadı İsildur tərəfindən barmağı kəsilərək alınmışdır. Min illər sonra üzük təsadüfən gölün dibində Gollum tərəfindən tapılmış və illərlə qaranlıq mağaralarda gizlədilmişdir. Üzük daha sonra təsadüf nəticəsində hobbit olan Bilbo Baggins tərəfindən ələ keçirilmiş və Bilbo qocaldıqdan sonra üzüyü qohumu olan Frodoya əmanət etmişdir. Üzük Sauronun əlində olanda ona qarşı başlanan son müharibədə qələbə qazanmaq imkanı yox idi. Bu çox qədim bir mübarizədir. Filmdə xeyir qüvvələr olaraq göstərilən tərəf çıxış yolunu bu üzüyün məhvində görürdü. Bunun üçün "üzük qardaşlığı" adlı bir qrup yaradılar. Üzük Qardaşlığı Gandalf, Aragorn, cırtdan olan Gimli, Hobbitlərdən olan Frodo, Sam və Pippin, Elflərdən Legolas və Boromirdən ibarət idi. Bu qrupda üzüyü daşıyan Frododur. Filmin sonunda Üzük Qardaşlığı məqsədinə çatır və üzük "Hökm Dağı"na atılaraq məhv edilir. Xeyir və Şər arasındakı bu son döyüşdə üzüyün də məhv edilməsinin təsirilə Şər tərəfi məğlub olar. Aragorn qazanılan bu qələbə nəticəsində varisi olduğu taxta oturur və Orta Dünyanın digər irqləri azadlıq əldə edir.



Filmdəki Qəhrəmanlar:



Sauron: Baş Mələklərin əmri ilə Hz. Süleymana kömək edən əsas mələklərdən biri. Hilal İslamın simvoludur. Göz isə Allahın hər şeyi görən olduğunu göstərir. Lakin İblis Sauronu şər qüvvələrinin lideri və çirkin göstərir.

İndi isə filmdəki qəhrəmanlara, anlayışlara və mesajların həqiqətdə nə məna daşıdığına nəzər salaq:

Sauron: "Silmarillion" kitabında bəhs olunan və qədim bir Maia (mələk) olan Sauron Melkora (İblisə) xidmət edən və pisliklərin hökmdarı olmuşdur. Filmdə Sauronun daşıdığı məna budur. İblisin yalanını yuxarıda açıqladıq.


Filmdə göstərilir ki, Sauron qəddarlıq, pislik və bütün irqlərə hökm istəyi ilə dolu olaraq Orta Dünyanın azad irqlərini kölələşdirir.

Bu Allahın peyğəmbəri Süleyman vasitəsilə Yaxın Şərq hakimiyyətinə şeytani bir mesajdır. Əslində, hər şeyi görən göz Allahdır. Qaranlıq qüvvələrin lideri olaraq bəhs edilən Allahın mələyi Saurondur. İslamı təmsil edən Hilal və ortasında "hər şeyi görən göz" ilə, Sauron-Saruman ittifaqını simvolizə edir.

Sauron Sarumanla (Süleymanla) birlikdə Allahı və İslamı təmsil edir. Lakin tərəflər tərs üzə çevirilib. Haqlı tərəf olduqları halda qaranlıq qüvvələr olaraq göstərilir. Allah tərəfindən Süleymana bəxş edilmiş olan və onunla şeytanları əmri altına saldığı üzük bu üzüyü simvolizə edir. Üzük bir simvoldur və möhürdür. Üzüyün gücü Allahın Süleymana göndərdiyi mələk (Sauron) vasitəsilə mövcuddur.



Saruman: Cadugər olaraq göstərilən Süleyman Peyğəmbər
 
Saruman: Bu qəhrəman, əslində, Allahın peyğəmbəri Hz. Süleymandır. Allah cinləri və şeytanları Süleymanın əmrinə vermişdi. Şeytanlar dalğıclıqdan daş işinə qədər hər işdə işləyirdilər. Süleymanın ordusu cinlərdən, quşlardan və insanlardan ibarət idi. Allah küləyi onun əmrinə vermişdi və küləklə hərəkət edirdi.  Üzük isə bu mülkü və gücü təmsil edən bir möhürdür. Qısası, qaranlığın əmrində kahin olaraq göstərilən qəhrəman, əslində Süleymandır. Həqiqətlər tərs üzə çevrilərək Süleymandan intiqam alınır.

Şeytan həyatda qədim zamanlardan bəri əsas olaraq Süleymanı hədəfə alırdılar. Ona cadugər deyərək şər atırdılar. Süleyman vəfat edəndə cinlər onun taxtına "Cadu Kitabı" qoydular və onu cadugər adlandırıb şər atdılar. İsrailoğullarının bir qismi bu şərə inanaraq fitnəyə düşdülər. 

Quran İblisin köləsi olan cinlərin Süleymana şər atdıqlarını və insanları fitnəyə saldıqlarını bizə bildirir.

"(Yəhudilər) Süleymanın səltənətinə (şahlığına) dair şeytanların oxuduqlarına (sehr kitablara) uydular. Süleyman (bu kitablara uymadığı üçün) kafir olmadı, lakin şeytanlar (bildikləri) sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanları xalqa öyrədərək kafir oldular. Halbuki (o iki mələk): “Biz (Allah tərəfindən göndərilmiş) imtahanıq (sınağıq), sən gəl kafir olma!” – deməmiş heç kəsə sehr öyrətmirdilər. (Bununla belə yəhudilər) yenə də ər-arvad arasına nifaq salan işləri onlardan öyrənirdilər. Lakin onlar (sehrbazlar) Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar (yəhudilər) ancaq özlərinə faydası olmayan, zərər verən şeyləri öyrənirdilər. Həqiqətən, onlar (yəhudilər) belə şeyləri satın alanların (Allahın kitabını şeytan əməlləri ilə mübadilə edənlərin) axirətdə payı olmadığını yaxşı bilirlər. Kaş ki, onlar özlərini nə qədər yaramaz bir şeyə satdıqlarını biləydilər!"

Quran [2:102]



Elflərin (cin və şeytanların) liderləri. Döyüşkən elflər

Elflər: Elf sözü elves sözündən yaranıb "cin-şeytan" deməkdir. Əslində, cinlər insanlardan üst ölçüdədir və buna görə Quranın da dediyi kimi insanlar onları görə bilməzlər, lakin onlar insanları görürlər. "Avatar" filmində olduğu kimi, bu filmdə də özlərini gözəl, ağıllı və sadiq olaraq insanlara göstərirlər. Filmdə, həmçinin, elf irqinin ölümsüz olduğu yalanı da təqdim edilir.

Aragorn: Bu qəhrəman Gondorun (insanların şəhəri) varisidir. İnsanların gözlədiyi kral, döyüşçü və çox yaxşı idarəedici olan qəhrəmandır. Hz. İsa kimi yaraları yaxşılaşdırır. Qiyamət döyüşünə bənzədə bildiyimiz son döyüşdə də xilaskar olaraq hər kəsin ümidini bağladığı Aragorn "xilaskar Məsih"dir. Bütün filmlərdə məsih qəhrəmanlar var. Beyinlərə yerləşdirilmək istənən xilaskar Məsih Dəccaldır. Bu filmdə də "Məsih Dəccal" Aragorndur. 
 



Aragorn: Məsih Dəccal

Filmdə Aragorn kral olaraq geri qayıtmaq üçün müəyyən vaxtı gözləyir. Bu vaxt ərzində gizli saxlanılır. Gizləndiyi müddətdə elflər (cinlər) tərəfindən yetişdirilir və 30 ilin sonunda elf kimi xüsusiyyətlərə sahib olur. Həqiqətdə isə Dəccal Allahın izn verəcəyi günə qədər cinlər tərəfindən hazırlanır. İblisin qədim planında isə, insanlar yaşayacağı fəlakət və xaos dövründə xilaskara ehtiyac duyacaq. Bundan sonra məsih Dəccal xilaskar olaraq üzə çıxacaq. Aragornun düşmən ordusuna hücum planı şər qüvvə kimi göstərilən İslam ordularının böyük qəhrəmanı Xalid ibn Vəliddən oğurlanmışdır. Filmdəki filli döyüş səhnələri və hücum taktikaları Yərmük döyüşünü xatırladır.



Döyüşə qoşulan fillər

Hobbitlər: Hobbit sözünü Misir tanrısı Ranın kahini olan bir qəhrəman olaraq göstərilir. Bu səbəbdən Tolkien hobbitlərin yolu ilə mesaj verdiyini demək mümkündür. Hobbitlər filmdə sevgi dolu, sülh içində yaşayan və problemlərini müharibəyə deyi, sevgi ilə həll edən bir millət olaraq verilir. Hobbitlər, əslində, cin və şeytanların bir qəbiləsidir. İblisin sevgi elçiləri olaraq filmdə yer alırlar və onlara əziyyət edən üzüyü daşıyıb məhv etmək istəyirlər.



Aragorn, Elf şahzadəsi Legolas və Gandalf



Gandalf: İşığın təmsilcisi kimi göstərilən, lakin qaranlığı təmsil edən İblisin kahini.

Boz Gandalf: müdrik, yol göstərən və cadugər. Boz olduğu halda filmdə Ağ Gandalf olaraq göstərilir. Hər kəsin heyranlıqla və maraqla nə deyəcəyini gözləyən, cadunu ustalıqla istifadə edən bir qəhrəman. Hər dəfə cadu gücündən istifadə edərək daha da güclənir. Orta Dünyanın taleyini müəyyən edən bir rol oynayır.

Gandalf filmdə peyğəmbər olaraq göstərilir. Lakin Saruman bir cadugər kimi təqdim edilir. Həqiqətdə filmdəki Gandalf İblisin elçisidir (kahin) və Süleymana, Allahın mələyinə qarşı döyüşmüşdür. Yəni bugünkü kahinlər də şeytanla insanları əlaqələndirir. Şeytanın elçiləri olan kahinlər ürəklərində yaşatdıqları İblisin qədim Planına xidmət edərək, davamlı şəkildə yalan nəql edir və İblisi canlı olaraq əvəz edir. Şeytanın fısıldadıqlarını film, kitab, video halında yayımlayaraq ona xidmət edirlər.



Ork: Yəcüc və Məcüc

Orklar: Filmdə fərqli boy və şəkildə göstərilən, insan əti yeyən, dil başa düşməyən, döyüşkən, öz dostunu belə yeyən vəhşi bir qrup. Orklar Axır Zamanda Dəccalın Hz. İsa tərəfndən öldürülməsinin ardınca "İblisə boyun əymiş qüvvələrin məhv edilməsi ilə Yəcüc və Məcüc xalqını simvolizə edir.

Yəcüc və Məcüc, çox güman ki, Atlantis dövründə insan və cin qarışığından yaşayan bir nəsil idi. Atlantis dünyaya hakim olmuş, şeytanlaşmış insan mədəniyyəti idi. İblisin adamları insanlara Günəş enerjisindən yararlanma texnologiyasını öyrədərək, insanlardan özlərini çoxaltmağa (kopyalamaq) çalışırlar. Beləliklə, ara nəsil olan orklar (Yəcüc və Məcüc) iqri ortaya çıxmışdı. Onlar yeraltındakı mağara və sığınacaqlarda yaşayırdılar. Orada Axır Zamana qədər çoxalacaqlar və sona yaxın yenidən yer üzünə çıxaraq Məsih Dəccala tabe olan azğın kafirləri yox edəcəklər. Burda qəribə bir ironiya var. Bunu sonrakı yazılarımızda başa salacağıq.



Orklar: Yəcüc və Məcüc ordusu

Bu mövzu Quranda, xüsusilə də səhih hədislərdə yer alır. Tövratda müxtəlif peyğəmbərlərin Axır Zaman təsvirlərində təkrarlanır. Peyğəmbərin hədislərinə görə Yəcüc və Məcüc cəhənnəm əhli, kafir, azğın və vəhşi bir cəmiyyətdir. Nəhənglərdən və cırtdanlardan ibarət olan Yəcüc və Məcüc İblisin aldatdığı azğın, qürurlu kafirlərin sonunu gətirən və qarşısıalınmaz bir gücə sahibdir. Haqqa qarşı plan və tələlər quran Luciferin (İblis) həlakı bu qövmün çıxması ilə tamamlanacaq. Yəcüc və Məcüc hücumu Quranda açıq şəkildə yer tutur. 

Hakka karşı plan ve tuzak kuran Lucifer(İblis) kafalıların helakı; bu kavmin(Ye'cuc-Me'cuc) çıkışıyla tamamlanacaktır. Ye'cuc-Me'cuc saldırısı, Kur'an'da, açık ve kapalı tehdit olarak önemli yer tutmaktadır. İşte açık bir tehdit ayeti:

"Məhv etdiyimiz hər hansı bir məmləkət əhlinin (qiyamət qopana qədər tövbə etmək üçün bir də dünyaya, yaxud haqq dinə) qayıtması mümkün deyildir (haramdır). 

Nəhayət, Yəcuc-Məcüc (səddinin) açılıb (dağılıb) onlar hər tərəfdən (alçaq və yüksək təpələrdən) sürətlə (məhşərə) axışdıqları zaman;

Doğru vəd (qiyamət günü) yaxınlaşdıqda kafir olanların gözləri (dəhşətdən) dərhal bərəlib: “Vay halımıza! Biz (dünyada) bundan qafil idik. Xeyr, biz zalım olmuşuq (peyğəmbərlərin dediklərinə inanmamaqla zülm etmişik)!” – deyərlər."

Quran [21:95-97]
 



Müharibəyə İblisin ordusu üçün döyüşən Ent (Ağac)

Entlər (ağaclar): Filmdə hərəkət edə bilən və danışan ağaclardır. Quran bizə bildirir ki, cansız görünən hər şeyin ruhu, öz şüuru var. Bunlar Allahın əmrindədir. Allah onlara xitab edəndə onlar başa düşər və onun əmrinə itaət edərlər. Peyğəmbərimizin (s.ə.v.) də ağacları çağırdığı və ağacların Allahın izniylə gəldiyinə dair hədislər var. Həmçinin başqa bir hədisdə deyilir ki: Qiyamət döyüşündə bir ağac arxasında gizlənən yəhudinin yerini müsəlmanlara deyəcək. "Arxanda bir yəhudi gizlənib" -deyəcək.

Filmdə isə ağaclar Süleymanın (Sarumanın) düşməni olaraq göstərilir. Ağaclar, əslində həmişə Allahın əçrində və müsəlmanların tərəfindədir. İblis bu gücün sadəcə Allaha aid olduğunu və ağacların Onun sözündən çıxamayacağını çox yaxşı bilir, lakin çox ustalıqla haqqa batil donu geyindirir.

İblis ağac fiqurunu "Avatar" kimi filmlərdə də istifadə edir.


Üzüyün Məhv Edilməsi və "Qiyamət Döyüşü"



Sauronun barmağındakı üzük: Əslində Sauron Allahın mələyidir. Üzüyü hazırlayan, Hz. Süleymana verən və ona kömək edən bir mələkdir.

Filmin əvvəlindən etibarən işlənən əsas mövzulardan biri "güc üzüyünü" məhv etməkdir. Orta Dünyanı (Yaxın Şərqi) azad etmək məqsədilə Sauroma aid olan və hər şeyə hökmetmə xüsusiyyəti olan üzüyün məhv edilməsi vacibdir. Yuxarıda da açıq şəkildə bəhs etdiyimiz kimi üzük Allah tərəfindən Hz. Süelymana verilən və cinləri bu üzük vasitəsilə əmri altına aldığı üzük "möhür"dür. Bu üzüyün məhv edilmə məqsədi cinləri azadlığa çıxarmaqdır.

Filmdə Sauron və digər millətlər arasında verilən son müharibə Axır Zamanda baş verəcək "Qiyamət Müharibəsi"nə (Armageddon) bənzədilir. Sauron müharibənin sonunda məğlub olaraq bədəninin əriməsi və məhv olması, Hz. İsanın Dəccalın üstünə yürüdüyü və Dəccalın duzun suda əriməsi kimi əriyib məhv olması tərs üzə çevrilib. Beləliklə, kor Dəccalın dövrü yekunlaşandan sonra geri qalan qürurlu azğın kafirlər Yəcüc və Məcüc tərəfindən məhv ediləcək.



Sarumanın (Hz. Süleymanın) bənzədildiyi şəxs: İsrailin hava hücumunda öldürülən Həmas lideri Şeyx Əhməd Yasin
 
Eyni zamanda filmdə tez-tez quşlardan istifadə olunur. Sarumanın xəbərçiləri olaraq göstərilir. Qurandan da bildiyimiz kimi quşlar da Süleymanın ordusuna daxil idi. Məsələn: hüdhüd quşunun onun xəbərçisi olduğunu bilirik. Dolayı yolla burda Süleymanın əmrindəki quşları şər mövqedə göstərirlər. Filmdəki yaxşı adamların hamısı sarışın və mavigözli olaraq avropalı kimi göstərilib. Sauronnun ordusunun isə qaraşın və ərəb formasında insanlar yer alır. Saruman rolunu oynayan aktyor İsrail hava hücumunda həlak olan Həmas liderilərindən biri Şeyx Əhməd Yasinə çox bənzəyir.


Nəticə


"İblisin Qədim Planına" xidmət edən "Üzüklərin Əfəndisi" kitabı və filmi hər yaşdan insanlara təsir üdir. Belə ki, FRP (Fantasy Role Play: hər kəsin filmdən bir qəhrəmanı canlandırdığı oyun) və komputer oyunları gənclər arasında asılılıq yaradır.

İblis bu filmlə yandaşları olan cinlərin Süleyman dövründə yaşadıqları zillət və alçatmanın qisasını almağa çalışmışdır. Bunu edərkən Dəccal, "Qiyamət Müharibəsi", Yəcüc və Məcüc kimi Axır Zamanın böyük hadisələrini dəyişdirərək həqiqətləri tərs üzə çevirmişdir. Filmin əsas məqsədi olan üzüyün məhv edilməsi, Hz. Süleymanın cinlərə qarşı silahı olan möhürünün məhvi canlandırılır.

İblis bəşəriyyət tarixinin bu son müharibəsində insanları aldatmaq, haqqdan arındırmaq üçün bütün ordusu ilə Dünya üzərində fəaliyyət göstərir. Bu film Nuhdan etibarən bütün peyğəmbərləin qövmlərini xəbərdar etdikləri "Dəccal fitnəsi"ni vacib mövqeyə çıxarır.
 


Filmi izlə:
 
 
 
This website was created for free with Own-Free-Website.com. Would you also like to have your own website?
Sign up for free