Gihon TV
Yalan yazan tarix utansın!

Əlamət [analiz]




Bu yazımızda İblis imzalı filmlərdən biri olan "Knowing" (Əlamət) filmini analiz edəcəyik. Beyin yuyulması, yalan və aldatmalarla dolu olan bu filmin gizli mesajlarını və şeytani məqsədlərini üzə çıxarmağa çalışacağıq.

Filmin mövzusu Dünyanın Günəş partlayışı ilə sonu olacağını və bir kəhanətin bunu xəbər verməsi, bu xəbəri verən cin-şeytanların "insanları xilas etməsi"dir. Əlbəttə ki, bu bir cin nağılıdır.

İnsanların ən böyük düşməni olan İblis Axır Zamanda yalan üzərində qurduğu "Qlobal planı" həyata keçirmək üçün insanları idarəsi altına almaq məqsədi ilə bütün fantaziyasını istifadə edir. İblis imzalı filmlərdən biri olan "Knowing" (Əlamət) filmi də eyni plana xidmət edir və aldatma açarıdır.

Filmdə sarışın, qara geyimli, qızın və uşaqların qulağına fısıldayan adamlar kimdi?
Kim gələcəkdən xəbər verə bilər?
Dünyanın sonu və insanların xilas olması nağılının əsli nədir?

Bu və bənzər suallara filmin analizində cavab verəcəyik və filmdə yer alan digər şeytani ünsürləri analiz etməyə çalışacağıq.



2009-cu il istehsalı olan Əlamət filminin rejissoru Alex Proyasdır. Film 50 milyon dollarlıq büdcə və ABŞ-İngiltərə ortaqlığı ilə çəkilib. Proyasın filmləri "Matrix" bənzəri filmlərdir. "Dark City" (Qaranlıq şəhər), "The Crow" (Qarğa) və "I, Robot" (Mən Robot) filmləridir.



 
Filmin baş rolunda "Mələklər Şəhəri", şeytana ruhunu satan bir adamın hekayəsi olan "Kabus Sürücü", vampirləşən bir adamın hekayəsi olan "Vampirin Öpüşü" və masonluğu fəxrlə təqdim edən "Milli Xəzinə" filmlərinin məşhur ulduzu Nicholas Cages və uşaq rolunda Chandler Canterbury yer alır. Nicholas Cages özü Alex Proyasın ən sevdiyi rejissor olduğunu bildirir və bu filmin insanların düşüncələrini dəyişdirə biləcək gücdə olduğunu deyir.

 
Filmin Rejissoru: ALEX PROYAS

Alex Proyas spiritual filmlər çəkməsi ilə tanınır. "The Crow" (Qarğa) və "Matrix"dən əvvəl çəkilmiş, lakin bənzərliyinə görə bu filmə bənzəyən "Dark City" (Qaranlıq Şəhər) filmləri ilə tamaşaçı kütləsi toplanmışdır.


Reportajlarında Tanrıya inanıb inanmadığı sualına: "Mən aqnostikəm" kimi cavab verir. Qatı xristian olan Ryne Douglas Pearsonun kitabı əsasında çəkilən "The Knowing" (Əlamət) filminin ssenarisi ilə kitab arasında Alex Proyas bir çox dəyişiklik edib. "New Age" ünsürlərini ustalıqla ssenariyə daxil edib. Xristian ənənələrinə inanmadığını bildirən Proyas filminin sonunu da kitabdan fərqli olaraq çəkmişdir. Rejissor hal-hazırda Dracula əfsanəsindən bəhs edən "Dracula: Year Zero" (Dracula: Sıfırıncı il) adlı filmin çəkilişlərini edir.


Filmin Xülasəsi

Yadplanetli şeytanlardan gələcək 50 ildə olacaqları fısıltı ilə qəbul edən kahin qız Lucinda. Baxışları içində şeytan olan insanı əks etdirir

1959-cu ildə Amerikada bir məktəbdə uşaqlara "2009-cu ili necə təsəvvür edirsiniz?" adlı tapşırıq verilir. Uşaqların çəkdiyi şəkillər kapsulaya qoyulur və 50 ildən sonra açılması üçün məktəbin həyətində basdırılır. Uşaqlar içində özünü qəribə aparan Lucinda adlı balaca qız şəkil çəkmək əvəzinə, sadəcə rəqəmlərdən ibarət məktub yazır.

İl 2009-u göstərir. Zaman kapsulasının basdırılmasından 50 il keçir və məktəb şagirdlərinə paylamaq üçün kapsula açılır. Hər şagirdə bir şəkil verilir. Caleb adlı bir uşağa isə Lucindanın yazdığı rəqəmlərdən ibarət məktub çatır.

Caleb eşitmə cihazından istifadə edən, elmə marağı olan, ağıllı bir uşaqdır. Atası Jack Massachusetts Texnologiya İnstitutunda astrofizika professorudur. Anası bir neçə il əvvəl avtomobil qəzasında həlak olub. Caleb rəqəmlərdən ibarət məktubu atası Johna göstərir. Bir müddət sonra John şifrə şəklində yazılmış rəqəmlərin qəza və təbii fəlakətlərin tarixini, yerini və hadisədə neçə nəfərin həlak olduğunu əks etdirdiyini tapır. Məktubdakı son üç tarixdən başqa digər tarixlərdə müxtəlif hadisələr baş verib və kağızdakı rəqəmlər fəlakətin yerini, tarixini və qurban sayını göstərir. 


Bunlardan sonra Caleb eşitmə cihazı taxmadığı vaxtlarda müəyyən fısıltılar eşidir. Evlərinin ətrafında uzun qara geyimli, sarı saçlı, əsrarəngiz yadplanetlilər görünür. Qara geyimli bu adamlara Caleb "fısıldayan adamlar" adını verir. Bu adamların dediklərini Caleb və dostu Abby eşidə bilir. Qara geyimli adamlar uşaqları qaçıraraq meşəlik bir yerə aparırlar. Orada kapsula şəklində kosmik gəmi peyda olur.

Caleb və Abby davamlı olaraq şeytanın fısıltısına məruz qalırlar

Filmin axırında yadplanetli olduğu bilinən bu sirli adamlar Johnu kosmik gəmiyə qəbul etmirlər və sadəcə iki uşağı götürərək kosmik gəmiyə minib yeni bir planetdə gedirlər. Fısıldayan adamlar kosmik gəmiyə minəndə insan cildindən çıxaraq qanadlı, enerji-işıq formasına çevrilirlər. Bütün Dünya Günəş partlaması səbəbilə məhv olur və Qiyamət yaşanır.

Filmin son səhnəsində iki uşaq yadplanetlilər tərəfindən xilas edilərək fantastik cənnət görünüşü olan yeni planetdə tarlanın ortasına gətirilir.




 
FİLMİN ANALİZİ

Uşaqların ətrafında dolanan "fısıldayan şeytan" maşının şüşəsinə yansıyır

Yalan və aldatmalarla dolu olan filmdə tamaşaçıya birbaşa və örtülü bir çox mesaj verilir. İblis imzalı digər filmlərdə olduğu kimi bu filmdə də verilən mesajlar tamaşaçının "şüuraltı"nı hədəf alır.

Bu filmdə təqdim edilən yalanlar və həqiqətlər:


Yalan 1: Filmdə Lucinda adlı balaca qız məktəbin həyətində günəşə doğru baxarkən fısıltı şəklində səslər eşidir. Fısıltılarla balaca qıza gələcək 50 ildəki fəlakətlərin yer və zamanı, öləcək qurban sayı bildirilir. O da bunlardan insanları xəbərdar etmək üçün rəqəmlərlə kağıza yazır. Lucinda böyüyəndə də kəhanətlər verir. Hətta sonralar guya öz qızının nə vaxt öləcəyini də bildirir.


Həqiqət 1: Filmdə sarışın, solğun rəngli, qara geyimli fısıldayan adamlar və filmin sonunda da yadplanetli olaraq göstərilən adamlar, həqiqətdə "cin- şeytanlar"dır. Biz bilirik ki, Allah bildirmədikcə heç bir insanın, cinin və ya şeytanın gələcəkdə nələr olacağını bilməsi mümkün deyil. Heç kim bir adamın nə vaxt və harada öləcəyini bilə bilməz. Bunun elmi ancaq Uca Allah'ın qatındadır. Peyğəmbərimiz'dən əvvəl cinlər səmanın bürclərinə oturaraq, üst səmalara qulaq asaraq əldə etdikləri məlumatları Dünyadakı kahin və falçı dostlarına yalan qataraq ötürürdülər. Lakin Peyğəmbərimizin (s.ə.v.) gəlməsi ilə bürclərdən qulaq asan hər şeytanlar əlacsız qaldılar.


(Biz həm də göyü) itaətdən çıxmış hər bir şeytandan qoruduq. Onlar ali bəzmə (yuxarı aləmə, mələklər aləminin söhbətlərinə) qulaq asa bilməz və hər tərəfdən (axan ulduzlar vasitəsilə) qovulub atılar. (Səmadan) kənar edilərlər. Onları daimi bir əzab gözləyir! 

Saffat surəsi [37: 7-9]

 
Filmdə kahin olaraq göstərilən Lucinda əslində şeytanlardan vəhy alır. Kahinlik şeytanlardan xəbər və vəhy almaq, onlara ötürücü olmaq, onların yalan dolu sözləri ilə insanları haqq yolundan uzaqlaşdırmaqdır. Şeytanlar kahinlərə vəhy edirlər və onların vasitəsilə gələcəkdən xəbər verirlər və beləcə insanlara təsir edirlər. Kahinlər İblisin sadiq elçiləridir və "İblisin Qədim Planı"na xidmət edirlər.

Təkamülçü-ateist, astrofizika professoru John: Calebin atası

Yalan 2: John Massachusetts Texnologiya İnstitutunda astrofizika professorudur. Atası isə Xristian keşişdir. Həyat yoldaşını bir qəzada itirib. Tanrıya və cənnətə inanmır. Universitetdə astronomiya dərslərində kainatın yaranmasını təkamül nəzəriyyəsinə görə açıqlayır. Bu nəzəriyyəyə görə hər şey sadə bir təsadüfdən və varolmadan çox qarışıq kimyəvi qəzalar və bioloji mutasiyalara gəlib çıxıb. Johna görə var olmanın bir mənası və məqsədi yoxdur.


John oğlunun gətirdiyi şifrəli məktubu tapır. Amerikada yaşanan 11 Sentyabr hadisəsi də daxil olmaqla, son 50 ildə yaşanmış bir çox hadisələrin tarixləri, yerləri və qurban sayı göstərilib. Həyat yoldaşının öldüyü hadisəni də məktubda tapan John oğlu Calebin Lucindanın kəhanətlərini açmaq üçün seçilmiş biri olduğuna inanmağa başlayır. Məktubda həyata keçməmiş iki böyük hadisə var və John bu iki fəlakətə mane olmağa çalışır, amma uğur qazana bilmir. Həm də düşünür ki, məktub onun əlinə daha əvvəl keçsəydi, həyat yoldaşının ölümünə mane ola biləcəkdi.


Həqiqət 2: Filmde John surəti Tanrıya inanmayan, yaradılışı inkar edən və hər şeyin təsadüfdən ibarət olduğuna inanan müasir təkamülçü-ateist alimdir. Hər hansı bir dini inancının olmadığını söyləyən Jack digər materialist ateistlər kimi şeytanların səhnələdiyi müəyyən fövqəl təbii hadisələri gördükdə onların yolundan yapışır. Axır Zamanda bu ateist-təkamülçülər Dəccalın göstərəcəyi fövqəl təbii hadisələr qarşısında heyrətə gələcəklər və Dəccalın önündə səcdəyə qapanacaqlar.

Caleb Lucindanın 50 il əvvəl fısıldayan şeytanlardan aldığı gələcək fəlakətləri şifrələyən kağızı oxuyur

Bundan başqa heç kim Sonsuz və Uca Allahın mütləq ölüm əmrinə mane ola bilməz. Buna heç kimin nə gücü çatar, nə də cəhd etmə bacarığı. Hər şey Allahın izni və əmri ilə olur. Allah izn verməsə ağacdan bir yarpaq belə düşməz. Lakin bunun əksini düşünən ateistlər hər şeyi təsadüfə bağladıqları üçün istədikləri an hadisələrin axışını dəyişdirə biləcəklərini zənn edirlər. 

Yalan 3: Caleb yaşıdlarına görə fərqli hərəkət edən bir uşaqdır. Elmə marağı var və balaca yaşda vegeterianlığı seçib. Eşitmə cihazını taxmayanda fısıltıya bənzər səslər eşidir. Bir müddətdən sonra ətrafında qara geyimli, solğun rəngli, sarışın və dinməz adamlar görünür. Caleb bu adamları "fısıldayan adamlar" olaraq adlandırır.


Həmçinin filmdə Caleb və dost Abby fısıldayan adamların başlarının içində fısıldadıqlarını deyir. Bu adamlar Calebə müəyyən vizuallar da göstərirlər və filmin sonunda yadplanetli olaraq göstərilən bu adamlar dünyadan sadəcə seçilmiş uşaqları kapsulalara alaraq, guya başqa planetə aparırlar və insan nəslinin davamı etməsi üçün çalışırlar.

 

Tez-tez şəkil və formalarını dəyişdirib insan cildinə girən, tarix boyu insanlara vəsvəsə verən cin (şeytan) və arxasındakı tayfası

Həqiqət 3: Daha əvvəl də dediyimiz kimi fısıldayan və guya insanları xilas etməyə çalışan bu yaxşılıqsevər yadplanetlilər əslində "cin-şeytanlar"dır. Hər kəsin yanında İblisin tərəfindən vəzifələndirilmiş bir neçə cin vardır. Bu cinlərin məqsədi yanında dayandıqları adamlara vəsvəsə verərək onları idarə etmək və dolayı olaraq "İblisin Qədim Planı"nı həyata keçirməkdir. Əslində, şeytanlar insanlara nifrət edirlər və Adəmoğlunun qədim düşmənidirlər. Çoxlarının cəhalətindən yararlanırlar və xüsusilə də uşaqlara daha asan şəkildə təsir edib aldadırlar. Filmdə yadplanetli olaraq göstərilən cin-şeytanlar üçün "fısıldayan adamlar" ifadəsindən istifadə etmək rejissorun bir addımıdır. Onun daha sonra cin-şeytanları yadplanetli olaraq göstərməyi ikinci addımdır.

Tamaşaçıya əvvəlcə qorxuducu və gizli göstərilən bu adamlar filmin sonunda, əslində, yaxşı niyətli və insanların yaxşılığı üçün çalışan yadplanetlilər olduğu ortaya çıxır. Özlərini yadplanetli olaraq inandırmağa çalışan cin-şeytanlar filmdə qara geyimli, solğun rəngli, sarışın və robot kimi ruhsuz hərəkət edirlər. Ruhsuz robot kimi gəzmələri həqiqətə uyğundur. Cin-şeytanlar duyğu hisslərindən məhrum şəkildə İblisin robotlaşmış kölələridirlər.

Fısıldayan cin-şeytanlar uşağın evinin ətrafında növbə tuturlar

Yalan 4: Caleb surəti "seçilmiş uşaq" olaraq təqdim edilir. Məktəbdə zaman kapsulası açılanda Lucindanın şifrəli məktubu Calebə çatır. Fısıldayan adam olaraq adlandırılan bu cin-şeytanlar ilk dəfə bu zaman uşağın gözünə görünürlər. Daha sonra evlərinin ətrafında, yataq otağında, həyətdə oynayarkən uşağı izləyirlər. Filmin sonunda cin-şeytanlar sadəcə uşaqları xilas edirlər. Fısıldayan adamlar hər gecə uşağın evinin ətrafında sayları artmış şəkildə gözləyirlər. Bu hərəkətlə Dünyanın sonunun gəldiyini və Dünyanın məhv olmaqla qarşı-qarşıya olduğunu diqqətə çəkirlər.
 
Həqiqət 4: Filmdə cin-şeytanlar uşaqların vasitəsilə danışırlar və insanlara mesaj göndərirlər. Filmin sonunda da sadəcə uşaqlar xilas olur. Cin-şeytanlar uşaqları daha asan aldada bildikləri üçün istədikləri hər cür şeyi uşaqlara edə bilirlər. İblis imzalı cizgi filmlərlə böyüyən sevgisiz, mərhəmətsiz və ruhsuz uşaqlar hər cür cinayəti işləyə biləcək potensial qatil olmağa namizəddirlər.
 

Filmdə Günəş Dünyanı məhv edir. Əlbəttə, qiyamətdə bu hadisə baş verəcək və heç kim xilas olmayacaq. Həmişəki kimi həqiqət alt-üst edilir

Yalan 5:  Filmdə son kəhanət Dünyanın məhv olacağını deyir. John astrofizika professorudur. Günəşdən xaric başqa təsirlərdən ulduzların birində yüksək partlayış olacağının sübutlarını sadalayır. Günəş sistemində çox böyük bir partlayış olacaq, radiasiya dalğası ozon təbəqəsini deşəcək və planetdə yaşayan hər canlı həlak olacaq. Guya kəhanətlə verilən bu hadisə qarşısında John hər şeyin sonunun gəldiyini düşünür.

Həqiqət 5: İblis həmişəki kimi səhnələdiyi ssenariləri, müəyyən həqiqətlərə yalan qataraq təqdim edir. Bunu edərkən haqqı batil kimi göstərir. Həm də müəyyən həqiqətləri öz planının parçası kimi dəyişdirir. Əslində dünyanı Qiyamətdən əvvəl Axır Zamanda olacaq böyük hadisələr gözləyir. Bunlar Allahın vədidir və haqqdır. İblis isə bu filmdə Axır Zaman gəlməyəcəkmiş kimi Dünyanın məhv olması hekayəsini göstərir. Allahın vədini örtərək seçilmiş uşaqlardan yeni insan cəmiyyəti quraraq, guya bəşəriyyəti xilas etmədirlər. Bu böyük bir yalandır. İblisin xidmətçiləri, kahinlər bu anlayışı yayırlar:

"Bütün köhnə enerjilər (köhnə dinin mənsubları) məhv olacaq. Yeni enerjilər (New Age) yeni dünyada, qızıl dövrdə və Məsihin dövründə əbədi yaşayacaqlar."

Özlərini mələklər kimi qanadlı və işıq varlıqları olaraq təqdim edən "fısıldayan şeytanlar" uşaqları yeni bir planetə aparırlar

İblis yerinə və zamanına görə fərqli insanlar üçün fərqli yalanlarla aldadıcı mesajlarını yayır. Bu filmdə isə İblis insanlara bu mesajı verir: "Biz başqa qalaktikadan, planetdən gələn xoş niyətli yadplanetlilərik. İnsanları sevirik və sizlərə gələcəkdə yaşayacağınız fəlakətləri xəbər veririk. Lakin sizdən yeni enerji olanları, yəni bizim təlimlərimizə açıq olanları xilas edəcəyik. Cənnətə bənzəyən yeni planetə yerləşdirəcəyik. Amma köhnə enerjilər isə məhv olacaqlar." Bütün bu İblis imzalı filmlərdəki insanların xilası nağılları, əslində, insanları dünya və axirətdə həlaka aparmaqdan başqa bir şey deyil.


Yalan 6: Fısıldayan adamlar uşaqları aparmaq üçün gələndə, kosmik gəmiyə minərkən libas dəyişirlər. İnsan siluetindən çıxaraq işığa çevrilirlər. Başlarında beyinləri görünür. Şəffaf, enerji formasında olan başa sahib olurlar. Həmçinin, işıqlı qanadlara da malik olurlar.

Həqiqət 6: Özünü yadplanetli kimi göstərməyə çalışan cin-şeytanlar, əslində, dumansız oddan yaradılıb. Filmdə ifşa etdikləri kimi, müxtəlif işıq-enerji formasına girə bilirlər. Cin-şeytanlar, əlbəttə, müxtəlif formalarda insanlara görünə bilirlər. Filmin sonunda qanadlı olaraq görünmələri özlərini mələk olaraq göstərmə cəhdidir. Bu filmin romanında olmayıb, rejissor tərəfindən ssenaridə hiylə ilə edilmiş bir plandır.


Nəticə

Aldadılaraq aparılan uşaqlar yeni xəyali bir planetdə. Tamamilə xəyal və yalandan ibarətdir

Bu və bənzər filmlər əvvəlcə insanların şüuraltına "yadplanetli" yalanını yerləşdirir. Yadplanetli ədəbiyyatı son zamanlarda film və xəbərlərdə çox işlənir. Bu gərgin propaqandanın bir məqsədi var. Yadplanetli cildində göstərilən bu varlıqlar bəzi filmlərdə bəd niyətli, bəzi filmlərdə isə xoş niyətli olaraq qarşımıza çıxır. Bu "İblisin Qədim Planı"nın bir parçasıdır.

Özlərini xilaskar kimi göstərən cin-şeytanlar bu filmdə xoş niyətli olaraq qarşımıza çıxır. Xoş niyətli bu yadplanetlilər guya gələcək fəlakətləri xəbər verirlər, insanları xilas etmək vəzifəsini həyata keçirirlər. Seçilmiş uşaqları başqa planetə aparıb insan nəslini davam etdirmək planı  insanların şüuraltında "xilaskar mələk" obrazını yaradır.

Axır Zamanda İblisin, Dəccalın çıxması hazırlıqlarına xidmət edən ən vacib ünsür dünyanı xaos və qorxuya məhkum edən şərtləri yaratmaqdır. Planın davamın insanları bu vəziyyətdən xilas edəcək yalançı Məsihin çıxmasıdır. Beləliklə, bu filmlərin məqsədi planın bir xidmətidir.

Təəssüflər olsun ki, bəzi gənc tamaşaçılar bütün bu filmlərin mesajlarını başa düşməkdə acizdir. Xəyallar aləmində olmaqla, fövqəl təbii qurğu, effekt və hərəkətlərlə ovlanmaq istənilən gənclər sərxoş edilir. Bunun isə nəticəsi fəlakətdir. Bu filmlərin yaradıcıları isə nə etdiklərini bilirlər. Təsadüfdən heç nə olmur!

This website was created for free with Own-Free-Website.com. Would you also like to have your own website?
Sign up for free