Gihon TV
Yalan yazan tarix utansın!

Transformers 2 [analiz]



"Transformers", əslində, istədiyi vaxt təyyarəyə, maşına, tıra, buldozerə çevrilə bilən robota deyilir. 1984-cü ildən bəri bu mövzuda yüzlərlə cizgi filmi, karikatura, kitab, komputer oyunları və oyuncaqlar istehsal edilib.


Beyin yuyulması üçün ən təsirli maşın olan və insanları indidən "xəyallara manipulyasiya" edə bilən yüzlərlə filmdən biri də "Transformers 2"-dir.


25 illik "Transformers" seriyalarında əsas olaraq, "Autobot" (yaxşı yadplanetlillər) və "Decepticon" (pis yadplanetlillər) adlanan, əslində isə, eyni soydan olan, lakin birinin yaxşı, digərinin pis göstərildiyi iki gücün müharibəsi nümayiş etdirilir. Son zamanlar kino teatrların tələbi ilə çox böyük nümayiş qazanan "Transformers 2" filmi bir çox mesajları özündə gizlədir.




Misir piramidasının arxasındakı İblis: "Optimus Prime", Sam'in cin bələdçisi "Bumblebee", piramidanın qarşısında İblisin xilaskar məsihi "Sam"

2009-cu ildə nümayişə təqdim olunan "Transformers 2" filmi 200 milyon dollar büdcə ilə çəkilib və təxminən 850 milyon dollar qazanc əldə edilmiş möhtəşəm bir layihədir. Film "Dreamworks" studiosuna məxsus üç Hollywood studiyasında çəkilib. "Transformers 2" filminin baş produseri yadplanetlillər haqqında olduqca çox film çəkmiş məşhur kino rejissor, "Dreamworks" studiyasının üç sahibindən biri olan Steven Spielbergdir.

Filmin rejissoru Michael Bay əvvəllər "Ada", "XII Cümə", "Elm küçəsində kabus" və "Armageddon" filmlərinin rejissorudur. Filmin baş rolunda Shia LaBeouf (Sam rolunda) yəhudi bir anadan doğulmuşdur. "Shia" ibrani dildə "Tanrı tərəfindən hədiyyə" mənasını alır. La Beouf müsahibələrin birində 10 yaşı olanda atası ilə birlikdə marixuana qəbul etdiyini bildirmişdi. Ən çox bəyəndiyi rejissor isə Beş Mələkdən biri olan Cəbrailə ithaf edilən və özünün də rol aldığı "Constantine" filminin rejissoru olan Francis Lawrence'dir.

Filmin xülasəsinə və filmdə işlənən mənalara keçmədən öncə, "dahi uşaq" adlandırılan, "Oscar" mükafatı alan filmin baş rejissoru Steven Spilbergi tanıyaq.




Steven Spilberg Pentagonda çıxış edir: 1999-cu il

Spilberg kimdir?

Spielberg 1946-cı ildə Hindistanda yəhudi bir ailənin uşağı olaraq doğulub. Uşaqlıq illərini Amerikada yaşayıb. New Jerseydə sinaqoqların birində təhsil alıb. Cənubi California Universitetinin teatr fakültəsini bitirdikdən sonra kino sahəsindəki ən böyük büdcəli və ən çox izlənən filmləri hazırlayıb.

Spielbergin rejissoru olduğu bəzi filmlər: "Jaws", "III növdən yaxınlaşmalar", "Indiana Jones", "E.T." (Qeyri-dünyalı varlıq), "Gələcəyə dönüş I, II, III", "Jurassic Park I, II, III", "Schindler'in Siyahısı", "Münich", "Er Ryan'i Xilas etmək", "Deep Impact" (Dərin təsir), "Men in Black  I, II, III" (Qara geyimli adamlar), "Dünyalar Müharibəsi", "Transformers", "Taken".

"Jaws" (1975) filmindən sonra "Jaws 2", "King Kong" və "Superman" kimi böyük layihələr üçün təklif aldığı halda, təklifləri rədd etmiş və yadplanetlillərin insanları oğurlamasından bəhs edən "III növdən yaxınlaşmalar" (1977) filmini çəkmişdi. Bundan sonra da yadplanetlillərdən bəhs edən bir çox filmlərə rejissorluq etmişdir.

Bir çox filmində yadplanetlillərin dost və ya düşmən olmaqla iki yerə ayrıldığını görürük.  "III növdən yaxınlaşmalar" filmində insanlar yadplanetlillərlə əlaqəyə keçir və yadplanetlillər də oğurladıqları bir çox insanı azad edirlər. Maraqlısı buradadır ki, "E.T." filmi yaxşılıqsevər və bir uşağa əsl dostluğu öyrətmiş bir yadplanetlini ələ keçirməyə çalışan pis insanların hirsindən bəhs edir.



Ronald Reagan, Nancy Reagan və Steven Spielberg.


Spielberg illuminati üzvüdür?

Forbes jurnalına görə 3 milyard dollar sərvətə sahib olan məşhur rejissorun bu filmini başa düşmək üçün siyasi fəaliyyətinə baxmaq lazımdır:
Clintonun və Obamanın mənsub olduğu Demokratlar Partiyası 800.000 $ mükafatlandırdı. Qlobal Gücün ən məşhur aktyorlarından olan Spielberg Bill Clintonun yaxın dostudur. Birlikdə bəzi işlərin fəaliyyətində olublar. Eyni şəkildə, Obama və Hillary Clintonu da seçkilərdə dəstəkləyir. Eynicinslilərin evlənməsi üçün bir çox işlər görmüş Spielberg bu mövzu ilə bağlı bir dərnəyə 100.000 $ pul yatırmışdı. Spielberg 1999-cu ildə Bilderberg qrupuna daxil olmuşdur. Pentagonda iştirak etdiyi iclaslardan sonra yadplanetli filminə ara verib "Deep Impact" filmini çəkmə qərarı vermişdir. Spielbergin illuminati üzvü olmasını sübut edən sənəd və dəlilləri internetdə asanlıqla tapmaq olar. "III növdən yaxınlaşmalar" filmində "masonluq və illuminati"-yə aid bir çox simvola rast gəlmək olar.

Spielberg çox sayda Oscar mükafatına layiq görülüb. Həmçinin Kraliça II Elizabeth'dən aldığı "İngilis Komanda Cəngavərliyi" nişanı (2001) və Jacques Chirac'dan aldığı "Fransız Légion d'honneur" nişanı (2004) da mükafatlar içindədir. Mükafatları içində Pentagondan və ABŞ Müdafiə Bürosundan aldığı nişanlar da yer alır.
 


Optimus Prime: İblis


Filmin Xülasəsi

"Transformers 2" filmində söhbət yaxşı yadplanetlillərlə pis yadplanetlillərin arasındakı müharibədən gedir. Lakin bu dəfə yadplanetlillər bildiyimiz uzun, incə və yumurtabaşlı formada deyil, robot formasında təsvir edilib. Transformerlər, yəni "dəyişəbilənlər" iki yerə bölünür: Yaxşı yadplanetlillər (autobot) və Pis olanlar (Decepticon). Hər iki qrup fərqli robotlara, təyyarələrə, maşınlara çevrilə bilirlər. Buna görə də onlara "Transformers", yəni "Dəyişə bilənlər" deyilir.

Minlərlə il əvvəl Cybertron planetində Prime'lar Dövrü adlandırılan bir vaxtda 9 qardaş transformerdən ibarət Prime'lar özlərinə enerji mənbəyi axtarırlar. Bir ulduzu Günəş Məhvedicisi ilə məhv etdikdən sonra böyük enerji mənbəyi əldə edirlər.

Prime'ların bir qanunu da var. İçində həyat olan Günəş Sistemini məhv etməyəcəklər. Lakin bu 9 qardaşdan biri "Fallen" e.ə. 17.000-ci ildə Dünyada Misir piramidalarının altında Günəş Məhvedicisini gizlədir. Bunu öyrənən digər qardaşlar Falleni və onun ordusuna qarşı müharibə elan edirlər. Onlar Falleni Nemesis planetinə həbs edirlər. Prime qardaşları Günəş Məhvedicisini hərəkətə gətirən açarı qorumaq üçün özlərini öldürüb açarı bədənləri ilə örtürlər. Bundan sonra Fallen adlı 9-cu qardaş Dünyadan qisas almağa and içir.




Bu cür filmlərdə xilaskar rolundakı adamların adı çox vaxt "Sam" olur.

Minlərlə il sonra autobotların (yaxşı yadplanetlillər) liderliyini Prime'ların soyundan olan Optimus Prime edir. Decepticonların (pis yadplanetlillər) liderliyini isə okeanın dibinə həbs edilmiş Megatron adlı bir robot edir. Optimus Prime və digər autobotlar Amerikada "Nest", yəni "yuva" adlı hərbi təşkilat üçün işləyirlər. "Nest"in (yuva) məqsədi dünyada gizlənən decepticonları məhv etməkdir. Çünki bütün transformerlər müasir həyatda istifadə edilən bir maşına çevrilə bilib gizlənə bilirlər. Transformerlər insanları görə bilirlər, lakin insanlar onları görə bilmirlər. Eynilə cinlərə məxsus xüsusiyyətdir.

"Şübhəsiz ki, Şeytan və onun camaatı sizləri sizin onları görə bilmədiyiniz yerlərdən görürlər."
Müqəddəs Quran [7:27]



Lakin bəzi amerika hökumət rəsmilərinin autobotlarla bağlı müəyyən şübhələri var. Çünki hökumət rəsmisi autobotlara etibar etmir. Buna görə də, Optimus Prime'ın hökuməti gələn decepticon hücumuna qarşı xəbərdarlıq etməsinə baxmayaraq, hökumət "Nest" təşkilatını ləğv edir. Sam adlı bir uşaq isə müqəddəs kubun bir parçasını əlinə alanda cinləşmiş kimi olur. Beyni qeyri-iradi şeylər düşünür, qeyri-iradi hərəkətlər edir. Sahib olduğu bu xüsusiyyət sayəsində universitetdəki fikiza dərsində "Einstein teoreminin" yalnız üçölçülü fəzada mümkün olduğunu, əslində daha yüksək fəzalar olduğunu və bu fəzalardakı qanunların fərqli olduğu fikrini irəli sürür.

Peykdə ötürülən bütün siqnalları oxuya bilən Soundwave adlı bir decepticon komandiri Megatronun okeanın ortasında həbs olunduğu yeri öyrənib onu qaçırır. Xilas olan Megatron birbaşa hökmdarı Fallenin yanına gedir. Fallen ona Sam'i tapmasını əmr edir. Çünki Sam Günəş Məhvedicisinin açarının harda olduğu bilir. Megatron və Decepticonlar dünyada Sam'ə hücum edirlər. Lakin Optimus Prime özünü fəda edərək Sam'i xilas edir. Optimus Prime və Bumblebee adlı iki transformerin vəzifəsi elə Sam'i qorumaq idi. Optimus Prime'ın Megatron tərəfindən öldürülməsindən sonra Fallen dünyanı işğal etmə planını həyata keçirir. Çünki Fallen'i yalnız Prime soyundan olan biri öldürə bilərdi. Prime'ların sonuncu nümayəndəsi olan Optimus Prime da artıq ölüb.




Gizlədilmiş açarın yerləşdiyi Petra Xarabalıqları

Fallen peyk vasitəsilə bütün Dünyanı xəbərdar edir və insanların Sam'i təhvil verməsini istəyir. Çünki axtardığı açarın harda olmasını yalnız Sam bilir. Sam açarın yerini tapır. Açar Petra Xarabalıqlarında 8 Prime qardaşının ölü bədənləri ilə qorunur. Açar tapıldığı əsnada Fallen və decepticonlar e.ə. 17.000-ci ildə piramidanın altında gizlətdikləri Günəş Məhvedicisini üzə çıxarırlar.

Açarla Optimus Prime'ı canlandırmaq istəyən Sam Megatron tərəfindən öldürülür. Öləndən sonra Sam 8 Prime qardaş ilə qarşılaşır. Sam seçilmiş biri olduğu üçün qardaşlar onu dirildirlər. Sam da Optimus Prime'ı açar ilə dirildir. Optimus Prime dirildikdən sonra Megatron və Fallen ilə döyüşür. Fallen'in sifətini qopardıb məhv edir və Dünyanı xilas edir.



Sam öləndən sonra Digər Aləmdə 8 Prime qardaşı ilə görüşür.

Filmin Analizi

Filmin rejissoru filmin "apocaliptic", yəni qiyamətlə bağlı bir film olduğunu deyir. Film Şeytan, Dəccal, Saxta Məsih, Qiyamət Müharibəsi, Xeyirlə Şərin mübarizəsi və digər mənaları özündə birləşdirir. Analiz zamanı bu mənaları açmağa çalışacağıq.

Yadplanetlilərin, yəni cin-şeytanların Amerika hökuməti ilə əlaqələri olduğunu dair bir çox film və sənəd var. Filmdə autobotlarla insanlar "Nest" (yuva) adlanan gizli təşkilatda birlikdə işləyirlər. "Transformers 2" filmində autobotlarla Amerika hökuməti arasındakı əlaqə, eynilə əsl həyatdakı kimi UFO-Amerika hökuməti arasındakı əlaqə ilə bənzər verilib. Məsələn, filmdə Autobotların başçı Optimus Prime ilə Hökumət Rəsmisinin gizli qərargahdakı bu cür dialoqu var:


"Hökumət Rəsmisi: Gizli Autobot ortaq iş maddəsinə görə, bizimlə kəşfiyyat məlumatlarını paylaşmalısınız. Lakin inkişaf etmiş silahları özünüzdə saxlayırsız.

Optimus Prime: Biz insanların müharibəyə olan marağına şahid olmuşuq. Belə bir şey sizə faydadan çox zərər verəcək.

Hökumət Rəsmisi: Bizim üçün nəyin yaxşı olacağı qərarını vermək sizə qalıb? Düşmənlərin liderinin, yəni Megatronun Laurentia çökəkliyində olduğunu bilirik. Ətrafı qorunan ərazidədir və daim nəzarət edilir. Sizə bir sual verim: Planetimizdə sığınacaq hüququ olduğu üçün, milli təhlükəsizliyimiz üçün planetimizi sülh içində tərk edə bilərsiz?

Optimus Prime: Azadsınız. Belə bir istəyiniz varsa, biz buna hörmət edirik. Lakin xahiş edirəm, prezidentinizə qərar vermədən öncə bu sualı verin: Bəs biz getsək və siz yanılsanız?"



Fallen: Düşmüş mələk

Filmdə fərqli olaraq ənənəvi yadplanetli forması əvəzinə, elektriklə işləyən robot forması istifadə edilib. Filmə görə, elektriklə (dumansız alov) işləyən robot transformerlər insanlardan əvvəl var olublar.

Təbii ki, cinlər də insanlardan əvvəl yaranmış və dünyada yerləşmişlər. Transformerlər (cin-şeytanlar) illər əvvəl insanlarla əlaqədə idi və bu səbəblə ortaq keçmişləri var idi. Bunu Optimus Prime filmin əvvəlində və sonunda bu sözlərlə deyir:

Optimus Prime: Dünya insan irqinin doğulduğu yerdir. Eynilə, bizim irqimiz kimi onlarda da həm fövqəladə mərhəmət, həm də müəyyən vəhşilik meylləri var. İnsanları qoruma vəzifəmiz əsnasında böyük bir şey kəşf etdik: Mədəniyyətlərimiz daha əvvəl də üz-üzə gəlmişlər... İrqlərimiz çox uzun illər əvvəl unudulmuş bir tarix və birlikdə yaşayacağımız gələcəklə bir-birinə bağlıdır. Mən, Optimus Prime. Sizlərə bu mesajı göndərirəm ki, keçmişimiz yada salınsın. Xatirələrinizdə əbədi yaşasın.

Atlantis və Mu kimi qədim mədəniyyətlərdə insanlar cin-şeytanlarla ortaq həyat sürürdülər. İnsanlar onları tanrı hesab edirdilər. Onlar üst ölçüdə olduqlarına görə, müəyyən fövqəladə bacarıqlara sahib idilər. Bu səbəbdən də, insanlar onlara boyun əymişdilər. Filmdə də bənzəri əlaqə işlənilib. Çox qədim illərdə insanlarla transformerlər (cin-şeytanlar) əlaqədə idilər. Filmdə Sam'in qoruyuculuğunu həyata keçirən və yanından uzaqlaşmayan Bumblebee adlı transformer olduğunu yada salaq. Cin-şeytanlar Sam'in qoruyuculuğu kimi insanları guya qoruyurlar. Hər insanın yanında İblis vəzifələndirdiyi cin-şeytanlardan ibarət "çaşdırıcılar" olduğunu bilirik. Əslində, insanları mələklər qoruyur. Şeytanlar isə dayanmadan insanı çaşdırmağa, azdırmağa və İblisin köləsi etməyə çalışır.

Başqa filmlərdə olduğu kimi bu filmdə də transformerlər (cin-şeytanlar) texnologiya baxımından çox üstündürlər. Filmdə Fallen'in Günəş Məhvedicisini piramidaların altında gizlətməsi təsadüf deyil. Əksinə, Atlantis və Mu'nun davamı olan Misir mədəniyyəti ilə cin-şeytanlar arasında keçmişə dayanan güclü əlaqələr var. Filmdə transformerlərin çox qədim zamanlardan bəri insanların arasında yaşadığı, lakin insanların onları hiss etmədiyi deyilir. Bu da cin-şeytanın ən vacib xüsusiyyətlərindən biridir.



Bumblebee: Sam'in yanından uzaqlaşmayan cin-şeytan.

Filmdə ifşa edilən bu həqiqət, əslində, yadplanetlilər mövzusunda düşünülən ən böyük yanılmadır. Bu günə qədər insanlar, hətta yadplanetliləri araşdıran alimlər yadplanetlilərin başqa bir planetdə yaşadıqlarını və oradan gələcəklərini zənn edirlər. Əslində, yadplanetli adlandırdığımız cinlər və cin-şeytanlar bizim aramızda, yəni bu Dünyada yaşayırlar. İnsalar onları üst ölçüdə yaşadıqları üçün Transformerlər kimi görmürlər.

Filmdə çox açıq şəkildə İblis görünüşlü, Fallen adlı bir robot da yer alır. Bu robot tamamilə pisliyi və İblisi təmsil edir. Eynilə İblis kimi o da minlərlə il əvvəl "yaxşı" ikən işlədiyi bir günahla "pis" oldu. Əmri altında isə Megatron adlı Decepticonların (pislərin) komandiri var. Bu da açıq şəkildə Dəccalı simvolizə edir.

Nəticə

İblis rolu verilmiş transformer, yəni Fallen və Dəccal rolu verilmiş transformer, yəni Megatron əmri altındakı pis yadplanetlilərlə (decepticonlar) birlikdə Dünyanı məhv etmək istəyir. Optimus Prime və autobotlar isə "yaxşılıqsevər, fədakar və qoruyucu mələk" olaraq göstərilir. Fallen'in qardaşları olan xoşniyətli 8 Prime tərəfindən seçilmiş xilaskar Sam isə, xilaskar Məsih olaraq formatlaşdırılıb.
 



Megatron: Saxta Dəccal

Bu nəticəyə gəlmək olar ki, pis yadplanetlilər (decepticonlar), əslində, İblisin əmri altında olan cin-şeytanlardır. Onların "Qlobal Güc" ilə əlaqəsini təmin edən İblisdir (Fallen). Qlobal Güc dünya hakimiyyətini qurarkən, əlbəttə, yadplanetli təhdid və işğal qorxusunu irəli sürəməlidir. Bir lider-Məsih çıxmalıdır. Bu da xristianların gözlədiyi İsanın (Christ) əksi olan Dəccaldır (AntiChrist). Dəccal isə filmdəki Megatrondur.

Sam isə Qlobal Gücün gözləmədiyi və İblisin insanları ələ keçirmək üçün istifadə edəcəyi "Xilaskar Məsih" İsadır. Həqiqət budur ki, Qlobal Gücün Məsihi Dəccaldır. Sam isə İsa olaraq təqdim edilən Həqiqi Dəccaldır. İblis bu saxta və həqiqi Dəccalı idarə edəcək, biri digərini taxtından endirəcək və Məsih olmağa çalışacaq.

İblis, əsl mənada İsanın və Mehdinin gələcəyini və Dəccalı öldürəcəyini bilir. Bütün böyük dinlərin bu mərkəzdə toplandığını da bilir. Bu səbəbdən, Qlobal Gücə bir oyun hazırlayır. Bu oyun bütün "İblis imzalı filmlərdə" istifadə edilir. İblisin metodu Allahın qanunlarından istifadə edərək həqiqəti alt-üst etməkdir. Batili haqq, qaranlığı nur, pisi yaxşı, yaxşını pis, intiqamı sevgi, yalanı həqiqət və azdırıcı birini xilaskar kimi göstərir.





This website was created for free with Own-Free-Website.com. Would you also like to have your own website?
Sign up for free