Gihon TV
Yalan yazan tarix utansın!

Bermud Üçbucağı


 


Bermud üçbucağı Atlantik okeanın 1.2 milyon km2-lik bir ərazinini əhatə edən, ABŞ-ın Atlantik okeana açılan cənub-şərq sahillərində yer alan, quşbaxışı ilə Miami sahilləri, Bermud və Puerto Riko adalarının birləşməsindən yaranan üçbucağın daxili ərazilərini əhatə edir. Okeanın bu hissəsində yüzlərlə gəmi və təyyarə qalığı tapılır. Son əsrdə batan gəmi, qəzaya uğrayan təyyarə və itən insan sayı minlərlə göstərilir. 


Bu bölgədə suyun altında çox böyük maqnit mədən qaynaqlarının olduğu düşünülürdü. Təyyarələrin elektronik sistemlərin sıradan çıxması və sonra qəzaya uğraması bu yüksək maqnit təsirinə görə olduğu hesab edilirdi. Bu deyilənlərə uzun illər inanıldı və bəzilərinə görə bunun başqa bir səbəbi ola bilməzdi. Əgər belə olduğunu düşünsək, bəs su üzündə olan gəmilər niyə batırdı? Bu maqnit sahəsinin bir gəmini suyun üzündən çəkib suyun dibinə endirmə qədər gücü var idimi? Əlbəttə, xeyr. Əgər maqnit təsiri olsa və zidd qütblər prinsipi ilə gəmini çəkə bilsə, su üzərində dayanan bir gəmini batıracaq qədər gücə sahib ola bilməz. Həm də bu ərazidə aparılan tədqiqatlar burada yüksək və ya normal maqnit sahəsinin olmadığını dəfələrlə sübut etdi.

 

Əsl şübhə isə insanların "dənizdə ağ su əmələ gəlir" şəklində göstərmək istədikləri şey idi. Daha sonra robot kameralı su maşınları ilə edilən sınaqlar nəticəsində su təbəqəsinin üzərinin ağ örtüklə örtüldüyü görüldü. Batan gəmi və təyyarə qalıqlarının hamısı tapıldı. Hal-hazırda ən tutarlı ehtimal budur ki, bu təbəqə dənizin dibində yer alan böyük təbii qaz yatağından çıxan qazların suyun altında yüksək təzyiq və aşağı istilik təsiri ilə qatılaşıb ağ hidrat hissəciklərinə çevrilməsidir. Bu bölgədən, eyni zamanda, Gulf Stream cərəyanı da keçir. Su təbəqəsinin üzərindəki hidrat hissəcikləri isti cərəyanla qarşılaşaraq əriyib su üzərinə çıxır. Daha sonra minlərlə kub metr təbii qaz suya qarışır və suyun sıxlığını azaldır. Həmin an ərazidən keçən gəmi varsa, sıxlıq fərqinə görə suyun qaldırma qüvvəsi gəmini daşıya bilmir və gəmi batır. İsti cərəyanla hidritlərin əriməsi bitdikdən sonra su üzərində yaranan ağ təbəqə yox olur və gəmi sanki orada deyilmiş kimi gözdən itir.


w6h6.jpg

Eyni şəkildə su üzərindən havaya daxil olan qazlar atmosferdəki havadan az sıxlığa sahib olurlar. Sıxlıq fərqinə görə təyyarələr havada kifayət qədər sürtünməni ala bilmədiyi üçün yüksəkliyi itirirlər. Təbii qaz molekullarının havadakı oksigeni tutmasına görə təyyarənin motorları yanma üçün yetərli oksigeni ala bilməyib dayanır.

Şeytan üçbucağında itən və ən məşhur hadisə "Flight 19" idi. Bunlar İkinci Dünya müharibəsində Amerika donanmasına aid bombardman təyyarələri idi. Grumman IBM Florida Avenger tipli beş təyyarə 5 dekabr 1945-ci ildə saat 14.00-da Floridadakı Fort Lauderdale qərargahından havaya qalxmışdı. Uçuş zamanı pilotlar hər şeyin normal olduğunu bildirmişdilər. Lakin Bermud Üçbucağında anidən yoxa çıxmışlar. "Flight 19" təyyarəsindən xəbər alınmadığı üçün nəhəng dəniz təyyarəsi axtarışlar üçün yola çıxdı. Beş bombardman təyyarəsinin təxmini yerinə çatanda alınan siqnal anidən yox oldu. Eyni gündə 6 təyyarənin bir neçə saat ərzində yoxa çıxması tarixin ən böyük araşdırmalarını başlatdı. Lakin həmin təyyarələrə məxsus bir parça belə tapmaq mümkün olmadı.




Bir neçə il əvvəl isə xəbər portalları bildirdi ki, Fransa və ABŞ dalğıc-tədqiqat qrupu suyun dibində kristal piramida aşkar ediblər. Kristaldan ibarət olan bu piramida Misirdəki Xeops piramidasından da nəhəngdir. Piramida 200 metr hündürlükdə və piramidanın təpəsi su səviyyəsindən 100 metr dərinlikdə idi. Piramidanın yerləşdiyi ərazi həm də bir zamanlar itən Atlantis mədəniyyətinin ərazisində yerləşir. Bəziləri iddia edir ki, piramida enerji sahəsindən və ya kvant vakuumundan kosmik şüaları keçirir və toplayır.

Kristal piramida ilə bağlı məlumatlar nə dərəcədə düzgündür, ya yox, bunu əminliklə deyə bilmərik. Ola bilər ki, itmiş Atlantis mədəniyyətinin bir parçası olsun. Ola bilər xəbər portallarının dezinformasiyası olsun. Hər şey ola bilər!


Bermud Üçbucağında qəzaya uğrayan təyyarələr:
  • 6 dekabr 1945: Flight 19 (Grumman IBM Florida Avenger tipli 5 təyyarə) 14 ekipaj üzvü ilə yoxa çıxdı. Eyni gündə Flight 19-u axtaran PBM Mariner BuNo 59225 təyyarəsi 13 ekipaj üzvü ilə yox çıxdı.
 
  • 30 yanvar 1948: Azor adalarının Santa Maria Airportdan Bermud adasının Kindley Field ərazidinə uçuş həyata keçirən Avro Tudor G-AHNP Star Tiger təyyarəsi 6 ekipaj və 25 sərnişinlə yoxa çıxdı.
 
  • 28 dekabr 1948: Puerto Rikonun San Juan məntəqəsindən Miamiyə uçuş həyata keçirən Douglas DC-3 NC16002 təyyarəsi 3 ekipaj və 36 sərnişinlə yoxa çıxdı.


Bermud Üçbucağında qəzaya uğrayan gəmilər:
 
  • 17 yanvar 1949: Bermud adasının Kindley Field ərazisindən Jamaicanın Kingston Airportuna uçuş həyata keçirən Avro Tudor G-AGRE Star Ariel təyyarəsi 7 ekipaj və 13 sərnişinlə yoxa çıxdı.
 
  • 1918: 4 martda Baltimordan (Maryland)Barbadosa yola çıxan USS Cyslops gəmisi 309 ekipaj və sərnişinlə yoxa çıxdı.
 
  • 31 yanvar 1921: Captain W. B. Wormellin "Carroll A. Deering" adlı beş dirəkli gəmi Şimali Carolinanın Cape Hatteras sahillərində Diamod Shoals ətrafında tapıldı.
 
  • 1 dekabr 1925: SS Cotopaxi gəmisi qəzaya uğradı.
 
  • 1941: 23 noyabrda USS Proteus (AC-9)58 nəfərlik heyətlə yoxa çıxdı. Növbəti ay qardaş gəmi olan USS Nereus (AC-10)10 dekabrda 61 nəfərlik heyətlə yoxa çıxdı. 
 
  • 2 fevral 1963: SS Marine Sulphur Queen gəmisi 39 ekipaj üzvü və 15260 tonluq kükürd karqosu ilə yoxa çıxdı. 
 
  • 22 dekabr 1967: Witchcraft yaxtası Miami sahillərindən ayrıldı. Gəmi sahibi SOS siqnalı göndərdi və bildirdi ki, gəminin pərlərinə nəsə dəyib. Lakin Sahil Mühafizəsi siqnal yerinə çatanda gəmi yoxa çıxmışdı.



This website was created for free with Own-Free-Website.com. Would you also like to have your own website?
Sign up for free