Gihon TV
Yalan yazan tarix utansın!

Reptilianlar




1990-cı ildən bəri tədqiqatçı David Vaughan Icke yeni bir irqin "reptilian" irqi olduğunu bildirdi. Dünyanın "elit" və "illuminati" tərəfindən gizli qrup halında idarə olunduğunu, gizli dünya hökumətinin Babil Qardaşlığı olaraq tanınan reptilian (sürünən) insanlardan ibarət olduğunu irəli sürür. George W. Bush və Kraliça Elizabeth II və digər siyasi fiqurların əslində reptilian olduğunu yazır. Rothschild ailəsi olaraq tanınan yəhudi ailəsinin də "reptilian" soyundan olduğunu və Hitleri maliyələşdirdiyini qeyd edir. Yəni Ickenin fikrincə Rothschild ailəsi yəhudi deyil, reptilian soyundandır. 
 
Son zamanların google'da ən çox axtarılan və getdikcə populyarlaşan bir mövzudur. 5 il əvvəl insanlar "reptilian" sözündən xəbərdar deyildilər. Bəs bu ifadə haradan çıxdı? David Icke uzun illərdən bəri bu mövzunu tez-tez qabardırdı. Bu adam illuminati həqiqətlərini üzə çıxaran və illərdir ekranlardan düşməyən biridir. Uzun illər illuminati üzvlərinin satanist ayinlərdə başqa ölçü ilə əlaqə qura bildiyini və bu ayinlər zamanı reptilian adlanan varlıqların üzə çıxacağını bildirirdi. Onun fikrincə reptilianlar başqa planetdən gəlmiş UFOlar deyil, eyni zamanda, başqa ölçüdən gəlirlər. Başqa ölçü isə cinlərin ölçüsüdür. Bəs nəyə görə Icke kimi ağıllı biri reptilian adlı bir irqin varlığı haqqında bu qədər danışır və reptilianlara birbaşa "cin" deyə xitab etmir?
 
Əvvəlcə David Ickeni bir az tanıyaq. Icke üç ilahi dinin illuminati tərəfindən insanları ayırmaq məqsədilə yaradıldığını, bununla belə başqa ölçülərlə əlaqə qurula biləcəyini, maddi dünyanın xaricində başqa ölçülərin olduğunu iləri sürür və illuminatinin satanist olduğunu deyir. Qəribəsi bundadır ki, özü ateist də deyil. Çünki ateistlər hər şeyi elmlə əlaqələndirir və digər ölçülərin, cinlərin və s. varlığını inkar edirlər. Icke xristianlıq və Incil üzərində apardığı araşdırmalarda onun insanlar tərəfindən şəkilləndirilmiş qədim Babil ənənələrinə istinad edən bir din olduğu qənaətinə gəlmişdi. Xristianlığın, eləcə də katolik məzhəbinin kilsələrin əlində oyuncağa çevrildiyini bildirir. İllərdir kitab yazmaqla dünyanın bir çox yerində seminarlar təşkil edir və bu mövzuda professional biridir. Icke həqiqətdə onlar tərəfindən istifadə edilən və ya təlqin edilmiş biri ola bilər. Səbəb reptilian mövzusu və qurama dinlər düşüncəsidir. Onun düşüncəsinə görə bəşəriyyət qan qohumluğu ilə idarə olunan qədim bir irq-reptilian tərəfindən yaradılıb. Təktanrılı dinlərin tamamilə əksidir.
 
O insanları 3 tipə ayırır:
1- Qardaşlığın ən yüksək rütbəli olanları. Proqramlaşdırılmış insanlar, yəni reptilianlar tərəfindən idarə altına alınmış insanlar. Şüurdan və azad iradədən kənar insanlar. İnsan surəti sadəcə bir maskadır. (Yəqin ki, burada iblislərin bədəni ələ keçirməsi, idarə altına aldığı insanlar nəzərdə tutulur.)
 
2- Qoyun sürüsü olan insanlar. Bəşəriyyətin çoxunu əhatə edən kütlə. Şüura sahib, lakin nə deyilərsə onu edən insanlar. Sual vermədən onlara qoyulan qanunlara tabe olarlar. Dünyadakı bütün irqin ən böyük hissəsini əhatə edir.
 
3- Bu qrup ən vacib qrupdur. Sayı az olanlar. Çünki bu insanlar illuziyanın arxasındakı həqiqəti görə bilirlər. Matrix filmindəki Neo kimi insanlar, cəmiyyətdə "dəli" gözü ilə baxılanlar.
 
Əgər bu mövzunu oxuyursunuzsa, deməli siz III qrupa daxil olmuş olursunuz. Sizə bir şey deyək. Sizdən çox qorxurlar. Reptilian irqi nümayəndələri öz genlərini qoruyurlar, əsk halda II və III qrup insanların şüurlu təsiri altında qala bilərlər. Çünki hipnoz yolu ilə ələ keçirdikləri insanları yalnız şüur azad edə bilər. Onların istəmədikləri xüsusiyyət sual verən azad bir beyindir. Bu səbəblə onlar üçün ən böyük təhlükə sizsiniz!
 
Reptilian məsələsi "UFO irqi", "insanları yaradan UFO mədəniyyəti", "sürünən irq insanları idarə edir" kimi məsələlərə yol açıb. Bəs bunlar hardan çıxdı?
 
Ən çox qorxduqları qrupun III qrup olduğunu demişdik. O insanlar ki, həqiqətləri dilinə gətirməyə çalışanda cəmiyyət tərəfindən dəli və manyak kimi baxılan və susdurulan insanlar. Həqiqəti axtaran və axtarmağa maraqlı insanlar.
 
Əslində onlar III qrupa daxil olan insanları şüur təsiri altına almağa çalışırlar. Beyinləri reptilian məsələsi ilə qarışdırsınlar, həqiqəti yalana qataraq aləmi bir-birinə qatsınlar. Və nəticə olaraq onların əsas məqsədi olan III qrupu "qoyun sürüsü" adlanan qrupa daxil etsinlər. Əgər bu tələni hiss edə bilirsinizsə, yəqin ki, sizə artıq IV qrup deyə bilərik.
 
Başqa bir irq, UFO irqi, UFOlar, UFO hücumu, reptilianlar... Hamısı bir-biri ilə bağlı olan mövzulardır. Hamısı mükəmməl ssenari ilə yazılıb. Əslində, bu reptilian məsələsi şüurla düşünənlər üçün çox açıqdır: "Qurmaq niyətində olduqları Yeni Dünya Nizamı uydurma bir dinə mənsub insanlardan ibarət olmalıdır." David Icke necə ola bilər ki, illuminatinin və masonların satanist olduqlarını, başqa ölçülərlə əlaqəyə girdiklərini deyərək başqa ölçünün var olduğunu qəbul edir, amma eyni zamanda ilahi dinlərin qurama-yalan olduğunu irəli sürür. Başqa ölçünün var olması, həyatın təkcə gördüyümüz dünya ilə sərhədli olmaması heç ateizmlə də üst-üstə düşmür.
 
Bu mövzularla onların məqsədləri nələrdir? Yeni və Qurama bir din. Mümkün olmayacağını düşünürsüzsə, internetdə reptilian videolarına baxın. Videoların izləmə sayına baxın. İnsanlar bu yalanlara inanırlar.
 
Biz öz şəxsi fikrimizi yazdıq. Sizin fikirlərinizə də çox hörmət edirik. Çünki həqiqətə çatmaq çox çətin bir şeydir. Çox qarışıq mövzudur. Lakin düşünsək, çox şeyi beynimizdə yerbəyer edə bilərik.
 
This website was created for free with Own-Free-Website.com. Would you also like to have your own website?
Sign up for free