Gihon TV
Yalan yazan tarix utansın!

Şeytan

 
Əraf surəsi:
 
10. Sizi yer üzündə yerləşdirdik və orada sizin üçün dolanacaq vasitələri yaratdıq. Siz isə olduqca az şükür edənlərsiniz!
 
11. Sizi (babanız Adəmi) yaratdıq, sonra sizə surət verdik və mələklərə: “Adəmə səcdə edin!” – dedik. İblisdən başqa hamısı səcdə etdi. O, səcdə olanlardan olmadı.
  
12. (Allah iblisə): “Mən sənə əmr edəndə sənə səcdə etməyə nə mane oldu?” – deyə buyurdu. (İblis:) “Mən ondan daha yaxşıyam (üstünəm), çünki Sən məni oddan, onu isə palçıqdan yaratdın!” – dedi.
  
13. (Allah) buyurdu: “Oradan (Cənnətdən) aşağı en. Orada sənə (Allahın əmrinə) təkəbbür göstərmək yaraşmaz. (Oradan) çıx, çünki sən alçaqlardansan!”
  
14. (İblis) dedi: “Mənə qiyamətə qədər möhlət ver!”
  
15. (Allah) buyurdu: “Sən möhlət verilənlərdənsən!”
  
16. (İblis) dedi: “Sən məni (Adəmə səcdə etmədiyimə görə) azdırıb yoldan çıxartdığın üçün mən də Sənin düz yolunun üstündə oturub insanlara (Sənə ibadət və itaət etməyə) mane olacam!
 
17. Sonra onların yanına qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm (soxulacağam) və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən!”
 
 
18. (Allah) buyurdu: “Oradan (Cənnətdən) rüsvay olmuş və (mərhəmətimdən) kənar edilmiş (qovulmuş) halda çıx. Onlardan (insanlardan) hər kim sənə uysa, (cəzasını alacaq). Əlbəttə, Cəhənnəmi sizin hamınızla dolduracağam!
 
 
19. Ey Adəm! Sən zövcənlə birlikdə Cənnətdə sakin ol. Hər ikiniz istədiyiniz yerdən (cənnət meyvələrini dərib) yeyin, ancaq bu ağaca (buğdaya və ya üzüm tənəyinə) yaxınlaşmayın, yoxsa (özünüzə) zülm edənlərdən olarsınız!”
  
20. Şeytan (Adəmin və Həvvanın) örtülü ayıb (övrət) yerlərini özlərinə göstərmək məqsədilə onlara vəsvəsə verib dedi: “Rəbbiniz sizə bu ağacı yalnız mələk olmamağınız və ya (Cənnətdə) əbədi qalmamağınız üçün qadağan etmişdir!”
  
21. Həm də onlara: “Mən, əlbəttə, sizin xeyirxah məsləhətçilərinizdənəm”, - deyə and içdi.
  
22. Beləliklə, (Şeytan) onları batil sözlərlə aldatdı (onları aldadaraq uca yerlərdən, yüksək mərtəbələrdən aşağı endirdi). (Adəm və Həvva) ağacın meyvəsindən daddıqda ayıb yerləri (gözlərinə) göründü. Onlar Cənnət (ağaclarının) yarpaqlarından (dərib) ayıb yerlərinin üstünü örtməyə başladılar. Rəbbi onlara müraciət edib buyurdu: “Məgər sizə bu ağacı (ağaca yaxınlaşmağı) qadağan etməmişdimmi? Şeytan sizin açıq-aşkar düşməninizdir, deməmişdimmi?”
 


    Ayələrdən də göründüyü kimi Şeytan Adəmoğlunun ən böyük düşmənidir. Bəs nə üçün düşməndir? Qüdrətli Allah şeytana Hz. Adəm (ə.s.) üçün səcdə etməsini əmr edəndə şeytan qüruruna qapılaraq və Hz. Adəmin isə palçıqdan olması səbəbilə özünü üstün görmüş və səcdə etməkdən imtina etmişdir. Amma Qüdrətli Allah şeytanı imtahan edirdi. Şeytanın etməli olduğu sorğu-sualsız əmrə tabe olmaq idi, lakin Qüdrətli Allahın əmri yerinə nəfsinə uydu. Şeytan Qüdrətli Allah tərəfindən lənətlənməsinin səbəbi olaraq Hz. Adəmi (ə.s.) və onun soyundan gələn biz Adəmoğullarını günahkar saydı. Adəmoğlunun Qüdrətli Allaha əsl qul olmayacağını irəli sürür və sübut etmək üçün Allaha söz verib müddət istəyir.

Bizim həyatımız budur. Şeytan bizə müharibə elan edib. Tək məqsədi bizi imansızlaşdırmaq və əxlaqsızlaşdırmaqdır.

Bəs Şeytan bunu necə edir? Şeytan bu müharibədə tək deyil. Şeytan cin əhlindəndir. Ən böyük dəstəyi imansızlaşmış, özünə tabe olan cinlərdən və təsiri altına saldığı insanlardan alır.

Təsiri aldığı insanları isə 
Masonlar və İlluminatidir.


Keçid: İblis, Cin və Qara Magiya filmini izlə...


 
This website was created for free with Own-Free-Website.com. Would you also like to have your own website?
Sign up for free