Gihon TV
Yalan yazan tarix utansın!

Avatar [analiz]




Hazırlığı və çəkilişləri təxminən 11 il davam edən, dünyanın ən böyük şirkətlərindən olan "The Coca Cola Company" tərəfindən dəstəklənən və 200 milyon dollar büdcə ilə çəkilən bir filmin gizliliklərini üzə çıxarmağa çalışacağıq.













Navi irqindən dişi avatar Neytiri və insan-Navi birləşməsi olan xilaskar Məsih Avatar

Əvvəlcə filmin ssenari müəllifi və rejissoru olan James Cameronun keçmişinə nəzər salaq. Ardınca animasiya verilmiş filminin mövzusuna baxacağıq. Son hissədə isə filmdə verilmək istənilən mesajı və filmin məqsədini üzə çıxaracağıq.


Rejissor: James Cameron



1986-cı ildə Cameron "Alien 2" (Yadplanetli) adlı filmini çəkdi. Bu filmin verdiyi mesaj da çox mənalı idi. Filmdə insanların içində yaşayan pisniyətli bir yadplanetli insanları təhdid edirdi. Bu pisniyətli varlıqdan xilas olmaq üçün bir xilaskar məsihə ehtiyac duyulurdu.

Cameron 1991-ci ildə Cameron kino tarixinin ən yadda qalan filmlərindən biri olan "Terminator 2: Məhşər Günü" filmini çəkdi. Bu filmin hekayəsi də insan irqinə təhlükəli olan pisniyətli robotların və insanların xilaskarı olması gözlənilən xilaskar uşağın hekayəsidir.

Cameron 1997-ci ildə məşhur "Titanic" filmini ekranlaşdırdı. 11 naminasiyada Oscar mükafatı alan film, eyni zamanda, kino tarixinin ən çox izlənilən filmi oldu. Rejissor Cameron 11 illik hazırlığın ardınca "Avatar" filmini tamaşıçıya təqdim etdi. Avatar filminə nəzər salaq:

Filmin xülasəsi və vacib mənalar

1) Filmdə göstərilən "Navi" irqi cin-şeytan irqidir. Filmə görə XXII əsrdə Pandora adlı bir planetdə Navi adlı varlıqlar yaşayır. Pandora antik yunan fəlsəfəsinə görə pisliklərin qaynağı olaraq göstərilən çox gözəl bir qadının adıdır. Zevsin hədiyyə etdiyi bir qutunu açan Pandora, beləliklə bütün pisliklərin yerə yayılmasına səbəb oldu.

Navi adlı varlıqlar mavi dərili, iri gözlü, vampir dişli, pişik qulaqlı, donuz-aslan burunlu, meymun quyruqlu və 3 metr boyunda olan olduqca çevik, lakin həssas xüsusiyyətə sahibdirlər. Bu detallardan başqa ümumi olaraq insani bir görünüşləri var. İnsan irqinə sevgi və sülh dolu ürəklə bənzəyirlər. Hətta gözünü pul hirsi bürümüş, yaşadığı dünyanı zibilə çevirmiş XXII əsrin insanlarından daha insani xarakter daşıyırlar. Qəbilə halında yaşayan Navi irqi şaman fəlsəfəsinə inanır və təbiətə uyğun həyat tərzi sürür. Şəbəkə halında Pandoranı əhatə edən ağaclarla əlaqə yaradılır və ən vəhşi heyvanla da birlikdə, yeri gələndə, düşmənə qarşı birləşirlər. Həyatın qaynağı olaraq görülən "Eywa" adlı ağaca Tanrı deyə ibadət olunur və əl-ələ tutaraq bu ağacın altnda dua edilir.


 



2) Filmdə qlobal güclər: Dünyanın sərvətlərini talayan qlobal güclər Pandora planetində çox dəyərli bir mədənə gözünü dikib. Amerikalı bir şirkət bu sərvətin ticarətini etmək üçün Pandoradakı işləri başlayır. Fimə görə imperialist insan qüvvələri Naviləri aldada bilmədiyi üçün B planını, yəni Naviləri məhv etməyi gözə alır və yüksək texnoloji silahlarla Navilərin yaşayış yerlərini dağıdırlar.

Lakin filmin növbəti səhnələrində tamaşaçı əsl gücün silahla qazanılacağını yox, şamanist fəlsəfəyə görə təbiət sevgisindən çıxan bir fəlsəfə ilə qazanacağını öyrənir.



Qlobal gücü təmsil edən, zalım hərbi əməliyyatlar hazırlayan qüvvələrin komandiri polkovnik Quaritch və əsgərlər

3) Filmdə Xilaskar Avatar (Məsih Dəccal): B planından əvvəl qlobal güclər Navilərin ərazisindəki dəyərli elementləri çıxarmaq üçün "Avatar" adlı bir layihə hazırlayırlar. Layihəyə görə, alimlər navi və insan DNA-sının birləşməsi olan Avatar adlı bədənlər yaradırlar. Məqsəd insanın düşüncəsi ilə hərəkət edən bu avatarları istifadə edərək Naviləri Pandoranı tərk etməyə çalışdırmaqdır. Navi görünüşü olan və Navilərə yaxınlıq edən şəxs ayaqları iflic olmuş keçmiş əsgərdir. Keçmiş əsgər Jake daha sonra razılıq etdiyi şirkətə qarşı çıxır. Naviləri xilas etmək üçün Avatar olmağı və Navilərlə birlikdə sülh-sevgi içində həyat sürməyi seçir.

Saçlarının ucu ilə ağac tanrıları ilə əlaqə quran Navilər özlərinə kömək edən Avatarın (ayaqları iflic olan əsgər) və vəhşi heyvanların iştirakı ilə döyüşdə qalib gəlirlər. Qlobal gücün mərhəmətsiz insanları Navilərə təslim olurlar və bərbad dünyalarına geri qayıdırlar. Döyüşdən sonra çevrilmə baş tutur. Xilaskar Avatar (Jake) həyat ağacına bağlanır və mərasimlə insanlıqdan çıxaraq tamamilə Naviləşir.

Filmdə verilən mesajlar

1) Filmdə təbiət və ağaclar müqəddəs tutulur. Bu Hinduizm, Şamanizm, Şintoizm, Brahmanizm və Buddizm kimi paganist dinlərdə vardır. Bu dinlərin ortaq nöqtəsi, təbiətə (canlı və heyvanlara) olan dərin sevgi və re-enkarnasiya inancıdır. Təbiətə olan bu sevginin kökündə tanrılarının bir inəyin, ağacın və ya insanın bədənində reankarnasiya olması və o bədən ilə insanların arasında yaşaması fəlsəfəsi durur. Bu səbəbdən təbiətdə olan hər şey tanrı ola bilmə ehtimalı daşıdığı üçün müqəddəsdir. Filmdəki Navi anlayışı ilə bu "şeytani dinlər və paganizm" müqəddəs tutulur. Navilərin "Uca Anamız" deyə adlandırdıqları "Eywa" Şaman mədəniyyətində "paganist mədəniyyətin" mirası olan "təbiət ana"nı təmsil edir.


2) Yadplanetli Navilərin mükəmməl xarakteri qarşısında dünyalı insanların yerin dibinə batırılması dərin məna daşıyır. Bu filmdə dünyanı idarə və talan edən, neft və dəyərli mədən uğrunda Əfqanıstanı, İraqı işğal edən qlobal güclərin, eynilə "2012" filmindəki kimi hədəfə çevrilməsi açıqdır. Qlobal gücün hədəfə çevrilməsi nə məqsəd üçündür? Bu, tamamilə, "İblisin qədim planı"nda işlənən qlobal gücə və onun çıxaracağı "saxta Dəccal"a verilmiş mənfi rolla əlaqədardır.

3) Son olaraq, filmdəki əsas ünsür olan Avatar üzərində dayanaq. Avatar hind mifologiyasında hind tanrılarının yerə endikdə büründükləri şəkillərdir. Balarama, Sri, Varaha kimi adlar alan avatar tanrılar şərq mədəniyyətində bir çox rəvayətin də mənbəyi olub. Avatar düşüncəsi Hinduizm, Şamanizm, Şintoizm, Brahmanizm və Buddizmdə re-enkarnasiya inancı ilə tanrıların müxtəlif bədən və varlıqların davamlı olaraq yenilənib təkamül etməsi şeytani yalanına dayanır. Qədim Hind inancına görə, qoruyucu tanrı Vişnu nizamsızlıq dövründə insanları xilas etmək üçün doqquz dəfə dünyaya enəcək. Hər gəlişində başqa bir qiyafə və ad alacaq. Hər enişində əvvəlkindən daha az qüsurlu və yetkin bir xüsusiyyət daşıyacaq. Ancaq doqquzuncu enişində tam xüsusiyyətə çata bilməyəcək. Bu səbəbdən, Vişnunun bir daha və tam xüsusiyyətlə enəcəyinə inanılır. Bu gəliş "Kosmik Dövr"ün sonlarında, yəni Axır Zamanda olacaq və Vişnu bu dəfə "avatar" adını alacaq.



Hind mifologiyasındakı tanrı Vişnu


Filmdə pis rol verilmiş Qlobal güclərin qarşısında Avatar (Xilaskar Məsih), yəni Dəccal müəyyən bir xarakter daşıyır. Bu xarakter hər zaman olduğu kimi yaxşılıqsevər, sevgi dolu, fədakar, öz həyatını heçə sayan və bütün müsbət xüsusiyyətləri özündə əks etdirən "heyvan-insan-navi" qarışığıdır.

İblisin Axır Zamanlarda çıxaracağı lider, yəni Dəccal eynilə filmdə olduğu kimi əsl həyatda da qlobal gücün pisniyətli Saxta Məsihi rolundan çıxaraq insanların imdadına filmdəki kimi çatacaq, insanları xilas edərək filmdəki kimi tanrılığını elan edəcək. Filmdəki "Xilaskar"ın bütün xüsusiyyətləri gələcək Dəccala aid xüsusiyyətlərdir. Bu xilaskarın İnsan-Navi, yəni insan-şeytan qarışığı olması da bu baxımdan dərin məna daşıyır.




Bəşəriyyətin xilaskarı olaraq təqdim edilən "insan-heyvan-şeytan" qarışığı olan bir varlıq.
Hind şeytani tanrısı Vişnunun təkamül etmiş ən son halı: Avatar



Nəticə:

"Avatar" filmini düz 11 il hazırlayan James Cameron hər detalı tək-tək fikirləşib. Spiritualizm, "New Age", paganizm, qədim yunan mifologiyası, Şamanizm, buddizm və hinduizm fəlsəfələrindən bol-bol bəhrələnib. Film təsadüfən hazırlanmış bir film deyil. Başdan ayağa "cin-şeytanlar" başlığı altında "İblisin Qədim Planı"na xidmət edir.

Adi bir kino izləyicisi animasiyanın mükəmməlliyi olaraq təqdim edilən filmin vizual effektlərindən, həzin soundtracklərindən və macəra səhnələrində fürsət tapıb, bu fəlsəfəni tuta bilməsi və görüntünü analiz edə bilməsi düşünülən deyil.

Beləliklə, zəhərli toxumlar insanların şüuraltına tək-tək əkilir. Çünki Axır Zaman gələndə özünü insanların xilaskarı olaraq tanıdacaq Dəccal bəşəriyyətin "ən böyük fitnəsi" olaraq üzə çıxacaq. Məhz həmin gün şeytanın əkdiyi bütün toxumlar yetişmiş olacaq. Bu gün şeytanın açıq tələlərini və mesajlarını hiss etməyib ağzı açıq baxanlar bu "aldadıcı" və "xilaskar məsih"in yalanlarına aldanaraq inanmış olacaq və dəhşətli aqibətə sürüklənəcək.
 
 
This website was created for free with Own-Free-Website.com. Would you also like to have your own website?
Sign up for free