Bermud Üçbucağı
Bir neçə il əvvəl isə xəbər portalları bildirdi ki, Fransa və ABŞ dalğıc-tədqiqat qrupu suyun dibində kristal piramida aşkar ediblər. Kristaldan ibarət olan bu piramida Misirdəki Xeops piramidasından da nəhəngdir. Piramida 200 metr hündürlükdə və piramidanın təpəsi su səviyyəsindən 100 metr dərinlikdə idi. Piramidanın yerləşdiyi ərazi həm də bir zamanlar itən Atlantis mədəniyyətinin ərazisində yerləşir. Bəziləri iddia edir ki, piramida enerji sahəsindən və ya kvant vakuumundan kosmik şüaları keçirir və toplayır.
Kristal piramida ilə bağlı məlumatlar nə dərəcədə düzgündür, ya yox, bunu əminliklə deyə bilmərik. Ola bilər ki, itmiş Atlantis mədəniyyətinin bir parçası olsun. Ola bilər xəbər portallarının dezinformasiyası olsun. Hər şey ola bilər!
Bermud Üçbucağında qəzaya uğrayan təyyarələr:
- 6 dekabr 1945: Flight 19 (Grumman IBM Florida Avenger tipli 5 təyyarə) 14 ekipaj üzvü ilə yoxa çıxdı. Eyni gündə Flight 19-u axtaran PBM Mariner BuNo 59225 təyyarəsi 13 ekipaj üzvü ilə yox çıxdı.
- 30 yanvar 1948: Azor adalarının Santa Maria Airportdan Bermud adasının Kindley Field ərazidinə uçuş həyata keçirən Avro Tudor G-AHNP Star Tiger təyyarəsi 6 ekipaj və 25 sərnişinlə yoxa çıxdı.
- 28 dekabr 1948: Puerto Rikonun San Juan məntəqəsindən Miamiyə uçuş həyata keçirən Douglas DC-3 NC16002 təyyarəsi 3 ekipaj və 36 sərnişinlə yoxa çıxdı.
Bermud Üçbucağında qəzaya uğrayan gəmilər:
- 17 yanvar 1949: Bermud adasının Kindley Field ərazisindən Jamaicanın Kingston Airportuna uçuş həyata keçirən Avro Tudor G-AGRE Star Ariel təyyarəsi 7 ekipaj və 13 sərnişinlə yoxa çıxdı.
- 1918: 4 martda Baltimordan (Maryland)Barbadosa yola çıxan USS Cyslops gəmisi 309 ekipaj və sərnişinlə yoxa çıxdı.
- 31 yanvar 1921: Captain W. B. Wormellin "Carroll A. Deering" adlı beş dirəkli gəmi Şimali Carolinanın Cape Hatteras sahillərində Diamod Shoals ətrafında tapıldı.
- 1 dekabr 1925: SS Cotopaxi gəmisi qəzaya uğradı.
- 1941: 23 noyabrda USS Proteus (AC-9)58 nəfərlik heyətlə yoxa çıxdı. Növbəti ay qardaş gəmi olan USS Nereus (AC-10)10 dekabrda 61 nəfərlik heyətlə yoxa çıxdı.
- 2 fevral 1963: SS Marine Sulphur Queen gəmisi 39 ekipaj üzvü və 15260 tonluq kükürd karqosu ilə yoxa çıxdı.
- 22 dekabr 1967: Witchcraft yaxtası Miami sahillərindən ayrıldı. Gəmi sahibi SOS siqnalı göndərdi və bildirdi ki, gəminin pərlərinə nəsə dəyib. Lakin Sahil Mühafizəsi siqnal yerinə çatanda gəmi yoxa çıxmışdı.